Modern.az

Polad Bülbüloğlu Berlində YUNESKO-nun baş direkorluğuna namizədliyini müzakirə etdi 

Polad Bülbüloğlu Berlində YUNESKO-nun baş direkorluğuna namizədliyini müzakirə etdi 

23 İyun 2017, 14:20

Azərbaycanın Rusiyadakı səfiri, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizədliyi irəli sürülmüş Polad Bülbüloğlu 21-23 iyun 2017-ci il tarixlərində Almaniyada səfərdə olub.

 

Modern.az-ın məlumatına görə, səfər Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən təşkil olunub, namizədimizin və onunYUNESKO ilə bağlı proqramının Almaniyada tanıdılmasına yönəlib.

 

Səfər çərçivəsində Polad Bülbüloğlu Almaniyanın Federal Xarici İşlər NazirliyindəYUNESKOüzrə məsul olan dövlət naziri Maria Bömer, eləcə dəxarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəHaydrunTempel, Bundestaqın deputatları, Almaniya-Cənubi Qafqaz parlament qrupununsədri Karin Ştrents və onun müavini YohannesKars, Federal Kansler AdministrasiyasındaOrta, Cənub-Şərqi və Şərqi Avropa, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə şöbənin müdiri KnutAbraham və Qlobal Məsələlər, BMT və İnkişaf Siyasəti şöbəsinin müdiri Matias Lixartsla görüşlər keçirib.

 

Görüşlər zamanı Polad BülbüloğluYUNESKO-nun gələcək fəaliyyətinə dair baxışları haqqında qarşı tərəfə məlumat verib, baş direktor seçiləcəyi təqdirdə prioritet vətəkliflərini sadalayıb.

 

Eyni zamanda, Almaniya tərəfinin YUNESKO məsələlərinə dair yanaşması barədə fikir mübadiləsi aparılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?