İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Modern.az xəbər verir ki, aksiya Beynəlxalq Qüds günü ilə əlaqədar bir qrup inanclı tərəfindən təşkil olunub.
Mitinqdə təxminən 50-ə yaxın etirazçı iştirak edib. Aksiya iştirakçıları İsrail əleyhinə şüarlar səsləndirib.
Aksiya zamanı 20-dən çox insan həbs edilib.
Həbs edilən şəxslərin Yasamal rayon 27-ci polis bölməsinə aparılıb. Hazırda saxlanılan şəxslərin izahatları alınır.
Modern.az