Modern.az

Cavid Qurbanova medal verildi - FOTO

Cavid Qurbanova medal verildi - FOTO

23 İyun 2017, 15:59

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında qazanılan nailiyyətlərə və dəmiryolçuların sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov MDB və Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqı Konfederasiyasının 25 illik gümüş xatirə nişanı ilə təltif olunub.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Modern.az-a verdiyi məlumata görə, xatirə nişanı bu gün Cavid Qurbanova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən təqdim edilib.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir