Modern.az

Jurnalistlər qan verdilər (FOTOLAR)

Jurnalistlər qan verdilər (FOTOLAR)

7 May 2011, 16:58

Mayın 7-də Şuşanın işğalının 19-cu ildönümü ilə əlaqədar Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda AzərTAc-ın, Parlament Jurnalistləri Birliyinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib.
Modern.az saytı xəbər verir ki, aksiyada əsasən Parlament Jurnalistləri Birliyinin üzvləri, sadə vətəndaşlar iştirak ediblər. Toplanan qan hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün tədarük olunub.

Elmi Tədqıqat Hematologıya və Transfiziologiya İnstitutunun direktoru Azad Hacıyev bildirib ki, qanvermə hər bir ölkədə çox önəmli və strateji bir məsələdir, bu donorçuluğun lazımi səviyyədə olmasından xəbər verir.
”Ona görə də biz də öz tərəfimizdən belə aksiyalar keçiririk. Azərbaycanda donorlar iki kateqoriyaya bölünür. Birincisi qohum donurlardı, qanverən şəxs konkret kiməsə qan verir və xahiş edir ki, bu filan xəstə üçündür. İkincisi kateqoriyadan olan donorlar könüllü olaraq gəlib qan verirlər, heç bilmirlər bu qan sonradan kimə vurulacaq. Hər bir donorun qan qrupu, rezus mənsubiyyəti təyin olunur və ondan sonra toplanan qan bölüşdürülür ehtiyacı olan xəstələrə”.

Respublikamızda nə qədər insanın qana ehtiyacının olduğuna gəlincə, baş həkim bildirib ki, ehtiyac olanların sayını dəqiq demək mümkün deyil.
”Ona görə də biz əsasən ehtiyat qan saxlıyırıq. Hal-hazırda bizdə 300-400-ə yaxın xəstə üçün qan var ki, biz onu daimi ehtiyyat saxlıyırıq. Həmin qanlar daimi olaraq təzələnir işlətdikcə yerinə təzəsi qoyulur”.




Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir