Modern.az

Azərbaycanın Ankaradakı səfirliyi silsilə tədbirlər keçirir

Azərbaycanın Ankaradakı səfirliyi silsilə tədbirlər keçirir

7 May 2011, 17:45

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən görkəmli dövlət xadimi Heydər Əliyevin 88-ci doğum günü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində Ankaranın Yenimahalle səmtində Heydər Əliyevin adını daşıyan orta məktəbdə şagirdlər arasında şeir və rəsm müsabiqəsi keçirilib. Müsabiqənin qaliblərinə eləcə də 4, 5 və 6-cı yerləri tutan şagirdlərə səfirliyin həvəsləndirici hədiyyələri səfir Faiq Bağırov tərəfindən təqdim olunub.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, tədbirin sonunda səfir Faiq Bağırov bildidb ki, Heydər Əliyev adını daşıyan məktəbin şagirdləri digər həmyaşıdları ilə müqayisədə daha çox məsuliyyət daşıyırlar. Səfir deyib ki, gələcək həyatlarında müxtəlif peşələrə yiyələndikdən sonra da bu məsuliyyət onlarla bir olacaq.

Ankara şəhərində səfirlik tərəfindən “İbrahim Çeçen Sənət Qalareyasında” “Azərbaycanlı Rəssamlar Sərgisi” adlı tədbir təşkil olunub. Sərgidə azərbaycanlı rəssam və heykəltəraşların 70-ə yaxın əsərləri nümayiş etdirilib. Qeyd olunan tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, Türkiyə  mədəniyyət nazirinin müavini, millət vəkilləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, elm və incəsənət xadimləri, diaspor nümayəndələri, tələbələr, ictimaiyyət nümayəndələri və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda iştirakçılar üçün ziyafət verilib. Sərgi may ayının 25-nə dək davam edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi