Modern.az

Türkiyə futbolunda qanlı olaylar

Türkiyə futbolunda qanlı olaylar

İqtisadiyyat

8 May 2011, 13:19

Türkiyə Superliqasının 32-ci turunda keçirilməsi nəzərdə tutulan "Bursaspor" - "Beşiktaş" matçı ləğv edilib. Buna Bakı vaxtı ilə saat 22:00-da başlanan oyun öncəsi Bursa "Atatürk" stadionu ətrafında yaşanan olaylar səbəb olub. 
"Bursaspor" azarkeşləri görüş öncəsi stadionun qarşısında gözləyərək, "Beşiktaş" tərəfdarlarının matça gəlməsini istəmədiklərini bildiriblər. Bu zaman onlarla polislər arasında qarşıdurma baş verib. Bursalı fanatlar polisə daş atıblar. Onların qarşısı gözyaşardıcı qazla alınıb. 

Xoşagəlməz olaylarla əlaqədar Türkiyə Futbol Federasiyasının İdarə Heyəti təhlükəsizliyin lazımi səviyyədə olmamasını əsas gətirərək, görüşü ləğv edib. Bu isə o deməkdir ki, qarşılaşma yenidən keçirilməyəcək.

Qərardan xəbər tutan bursalı fanatlar Bursa valisi Şahabettin Harputu günahkar sayıblar. Onlar valiliyə doğru irəliləyiblər. Minədək fanat valilik binasını daşlayıb. Bu vaxt polislə azarkeşlər arasında növbəti qarşıdurma baş verib. Harput verdiyi açıqlama bildirib ki, hadisə nəticəsində 25 polis və 9 vətəndaş yaralanıb, 100-dək insan həbs olunub. Oyuna 8 avtobusla gələn 400-dək "Beşiktaş"lı azarkeşlər isə stadiondan 17 km aralıda saxlanılıblar və bir müddət sonra İstanbula göndəriliblər. "Beşiktaş" komandasının özü də qaldığı oteldən meydançaya yox, birbaşa İstanbula hərəkət edib. 
 
Təhlükəsizliyi təmin edə bilməməsi və görüşün baş tutmamasına "yaşıl-bəyazlı" azarkeşlərin səbəb olmaları üzündən "Bursaspor"a texniki məğlubiyyətin veriləcəyi gözlənilir. Qərar mayın 12-də açıqlanacaq.   

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi