Modern.az

Braziliyada kasıblara pulsuz mobil telefonlar veriləcək

Braziliyada kasıblara pulsuz mobil telefonlar veriləcək

13 Noyabr 2009, 13:23
Braziliya hakimiyyəti ölkənin kasıb təbəqəsini pulsuz mobil telefonlarla təmin etməyi planlaşdırır. Hazırda müvafiq təklif Braziliyanın aparıcı mobil rabitə operatorları tərəfindən müzakirə olunur.
Braziliyanın 11 milyon kasıb əhalisinə pulsuz telefonların verilməsi nəzərdə tutulan layihə hökumətə 2,4 milyon reala (təqribən bir milyon ABŞ dollardan çox) başa gələcək. Layihənin şərtlərinə əsasən bütün xərclərin telefon istehsalçıları tərəfindən ödənilməsi nəzərdə tutulur. İstehsalçılar isə bunun əvəzinə vergi güzəştləri alacaqlar.
Bundan əlavə aztəminatlı ailələrə telefon danışıqları hər ay təxminən 3 dollar məbləğində kredit ayrılacaq. Braziliya hökuməti hesab edir ki, layihənin köməyi ilə ölkənin mobil operatorları öz işlərinin vəziyyətini yaxşılaşdıra biləcək.
Pulsuz telefonlar alan insanların kreditləri bitəndən sonra da mobil rabitədən istifadə edəcəkləri gözlənilir.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir