Modern.az

Deputat parlament seçkilərinin təxirə salınmasını təklif etdi

Deputat parlament seçkilərinin təxirə salınmasını təklif etdi

Parlament

13 Noyabr 2009, 13:40

Modern.az xəbər verir ki, Milli Məclisin bu keçirilən iclasında deputat Aydın Həsənov 2010-cu ildə keçiriləcək parlament seçkilərinin təxirə salınmasını təklif edib. A.Həsənovun bu təklifi Milli Məclisdə birmənalı qarşılanmayıb.
Deputat təklif edib ki, gələn il keçiriləcək parlament seçkiləri ləğv olunmalıdır. Onun sözlərinə görə, Milli Məclisdə büdcə müzakirələri zamanı müxtəlif təklif və iradlar irəli sürülüb, parlament gələn il bu təkliflərin müzakirəsini davam etdirməlidir. A.Həsənov deyib ki, gələn il keçirilməsi nəzərdə tutulan seçkilərə xeyli vəsait tələb olunur, 2010-cu ilin dövlət büdcəsinin maliyyə imkanları isə elə də böyük deyil: "Gələn ilin dövlət büdcəsində parlament seçkilərinin keçirilməsi üçün 50 milyon manat nəzərdə tutulub. Dünyada böhran getdiyi dövrdə seçkiyə bu qədər vəsait ayrılmasına nə ehtiyac var? Seçkini izləmək üçün xaricdən minlərlə şəxs gələcək. Onları qəbul edib saxlamaq da əlavə xərcdir. Hərəsi də gedib barəmizdə bir söz deyəcək”.
AəHəsənovun fikrincə, seçkilər ləğv olunmalı və ona ayrılacaq vəsait Milli Məclisdə büdcə müzakirələri zamanı səsləndirilən təkliflərin reallaşdırılmasına yönəldilməlidir. Aydın Həsənov deyib ki, Azərbaycan Konstitutsiyasında dəyişiklik edilib və Prezidentin səlahiyyət müddəti uzadılıb, niyə bu, Milli Məclisə də tətbiq olunmasın.
A.Həsənovun bu təklifi birmənalı qarşılanmayıb, Milli Məclisin Sədri Oqtay Əsədov isə deputatı iclasda gündəliyə salınan məsələlərə dair danışmağa çağırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi