Modern.az

«İki sahil»in Heydər Əliyevlə bağlı xüsusi buraxılışı çıxıb

«İki sahil»in Heydər Əliyevlə bağlı xüsusi buraxılışı çıxıb

10 May 2011, 14:17

«İki sahil» qəzetinin Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş
«Xüsusi buraxılış»ı çapdan çıxıb. Modern.az-ın məlumatına görə, 84 səhifəlik xüsusi buraxılış H.Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif sahələr üzrə qazanılan uğurları əks etdirən yazılar, rəngli şəkillər və yüksək poliqrafik tərtibatla diqqəti cəlb edir.
Xüsusi buraxılışda mərhum prezidentin həyat və fəaliyyətinin ayrı-ayrı məqamları, siyasi fəaliyyəti, hakimiyyətdə olduğu illər, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlər, bu uğurların davamlığını təmin etmək üçün 2003-cü il prezident seçkilərində öz namizədliyini geri götürərək xalqa müraciəti, sonrakı dövrlərdə bu etimadın real işlərdə öz əksini tapması xüsusi qeyd edilir.

Xüsusi buraxılışda oxucular Xuraman İsmayılqızının, Telman Qafarın, Yeganə Əliyevanın, Nail Rəhimzadənin, Şəmsiyyə Əliqızının, İlqar Məmmədlinin, Zahid Rzanın, Aynurə Şirinovanın, Orxan Vahidoğlunun və digər müəlliflərin görkəmli dövlət xadimindən bəhs edən yazıları ilə tanış ola bilərlər.  

«İki sahil» qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə «Uğurlu gələcəyə böyük inamla» yazısında H.Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işləri oxuculara çatdıb.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı