Modern.az

Digər deputatlar Aydın Həsənovun təklifini zarafat adlandırıblar

Digər deputatlar Aydın Həsənovun təklifini zarafat adlandırıblar

13 Noyabr 2009, 14:20

Yeni Azərbaycan Partiyasının icraçı katibi, deputat Əli Əhmədov deputat Aydın Həsənovun 2010-cu il parlament seçkilərini təxirə salmaq təklifinə münasibət bildirərkən onu zarafat adlandırıb.
Ə.Əhmədov deyib ki, ciddi və gərgin işdən sonra bu zarafatla insanların nə qədər dincəldiyini gördünüz. "Ölkənin müharibə vəziyyətində olması gerçəklikdir, bunu hər məqamda yada qalmaq lazımdır ki, unudulmasın. Gələn il parlament seçkiləri keçiriləcək və çox maraqlı olacaq" deyən YAP-çı deputat bildirb ki, onun həmkarı seçkilərin təxirə salınması təklifini irəli sürəndə yəqin zarafat edirmiş.
Digər YAP-çı deputat Siyavuş Novruzov da 2010-cu uldə keçiriləcək parlament seçkilərinin təxirə salınması təklifini zarafat hesab edib.
Ən qəribəsi isə onlardan sonra Aydın Həsənovun özünün də həmin təklifi zarafatla irəli sürdüyünü deməsi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub