Modern.az

Hazırda ən isti rayonlarımız - SİYAHI + 43 dərəcə

Hazırda ən isti rayonlarımız - SİYAHI + 43 dərəcə

Hadisə

4 İyul 2017, 11:48

Son iki gün çox isti hava şəraiti ilə müşahidə olunur. Temperatur yüksək olsa da, bu, bəzi yerlərdə özünü fərqli göstərir. Bakı əhalisinin istilərə görə tər tökdüyü məlumdur. Bəs Azərbaycanda hazırda ən isti rayon hansıdır?


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan Modern.az-a verilən məlumata görə hazırda ən isti bölgədə havanın temperaturu 41-43 dərəcədir:

“Azərbaycanda hazırda Bakı və Abşeron yarmadasında, eləcə də bölgələrimizdə isti və günəşli hava şəraiti müşahidə olunur. Belə hava şəraitinin bu gün və sabah davam edəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40, Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində  isə 41-43 dərəcə isti olacağı gözlənilir.

Hazırda ən isti bölgələr Naxçıvan, Kürdəmir, Göyçay, Yevlax , İmişli, Saatlı və Hacıqabuldur. Qeyd edilən yerlərdə bu gün temperatur 40 dərəcədir. Ən aşağı temperatur isə Laçın, Şuşa, Kəlbəcər, Daşkəsən və Gədəbəydədir (+28°C)”.


Günay RƏSULQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!