Modern.az

Jurnalistlər 5 - 4 Deputatlar (FOTOLAR)

Jurnalistlər 5 - 4 Deputatlar (FOTOLAR)

Reportaj

12 May 2011, 18:50

Bu gün Azərbaycan jurnalistləri ilə Milli Məclisin deputatları arasında futbol yarışı keçirilib. Oyun 5:4 hesabı ilə jurnalistlərin xeyrinə başa çatıb.

Deputatların komadası Siyavuş Novruzov, Adil Əliyev, Fazil Mustafa, Fuad Muradov, Qüdrət Həsənquliyev, Aslan Cəfərov, Ülvi Quliyev, Asəf Hacıyev, Zahid Oruc, Rauf Əliyev, Xanlar Fətiyev, Malik Həsənov, Etibar Hüseynov, Mirkazım Kazımov, Sabir Hacıyev, Aydın Abbasov, Azər Badamovdan ibarət olub.

Jurnalistlərin komandası isə  Zaur Məmmədov (“Lider Personal”), Nurşən Qüliyev (APA), Emin Abbasov (“Xəzər” TV), Gündüz Abbasov (ANS TV), Şahin Oğuz (“Futbol+Qol” qəzeti), Mahir Rüstəmli (“Fubol+” qəzeti), İlkin Fikrətoğlu (ATV), Vusal Mehdiyev (“Yeni Müsavat”),  Elman Himayətoğlu (İTV), Mikayıl Nərimanoğlu (“Futbol Dünyası” qəzeti), Şəmsəddin Abbasov (“Lider” TV), Edip Nabikoğlu (APA), Orxan Abbasov (“İdman Azərbaycan” kanalı), Fərhad Həsənov (AzTV), Anar Xanlarov (“Çempion” qəzeti), İlqar Rüstəmov (“Xalq qəzeti”), Elçin Cəfərov (“Azərbaycan” qəzeti), Mahir Suleymanov (“Səhər” qəzeti), Firuz Qarayevdən (“Futbol” qəzeti) ibarət olub.Matç başa çatandan sonra Azərbaycan Futbol Fedrasiyası Assosasiyası tərəfindən Mətbuat Şurasına və Bakı Futbol Fedrasiyasına fəxri diplomlar,  jurnalistlərə və deputatlara mükafatlar verilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az saytına açıqlamasında deyib ki, AFFA tərəfindən Mətbuat Şurasının təşəbbüsünə belə yüksək qiymət verilməsindən mənun qalıb.

“Bütün bunlar bizim Azərbaycan futboluna olan bir töfhəmizdi, futbolun ölkədə daha da populyarlaşması bizim faliyyətimizin bir hissəsidi. Biz bu tədbiri keçirməklə jurnalistlərlə ayrı-ayrı qurumlar arasında münasibətləri daha da yaxşılaşdırmaq istəyirik. Bir var münasibətlər kağız üzərində olsun, bir də var münasibətlər bax belə stadionda olsun”.

Ə.Amaşov AFFA-nın prezidenti Rövnəq Abdullayevə Azərbaycan jurnalistləri adından öz minnətdarlığını bildirib.

Modern.az saytı qarşılaşmadan fotosessiyanı təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür