Modern.az

Bu gecə “Eurovision-2011”in finalıdır

Bu gecə “Eurovision-2011”in finalıdır

Mədəni̇yyət

14 May 2011, 10:26


Bu gecə saat 24.00-da Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” beynəlxalq mahnı müsbaiqəsinin finalı keçiriləcək.  Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal səhnəyə 19-cu çıxacaqlar. Onlar “Running Scared” mahnısını ifa edəcəklər. Çıxışçıların sıralaması bu ardıcıllıqla olacaq:

1. Finlandiya - Paradiz Oskar, “Da Da Dam” mahnısı
2. Bosniya və Hersoqovina - Dino Merlin, “Love İn Rewind” mahnısı,
3. Danimarka - “A Friend İn London” qrupu, “New Tomorrow”  mahnısı
4. Litva - Evelina Sasenko, “C’est Ma Vie” mahnısı
5. Macarıstan - Kati Vulf, “What About My Dreams?” mahnısı
6. İrlandiya - “Jedward” dueti, “Lipstick” mahnısı
7. İsveç - Erik Saade, “Popular”  mahnısı
8. Estoniya - Getter Yaani, “Rockefeller Street” mahnısı
9. Yunanıstan - “Loucas Yiorkas&Stereo Mike” dueti, “Watch My Dance” mahnısı
10. Rusiya - Aleksey Vorobyov, “Get You” mahnısı
11. Fransa - Amori Vassili, “Sognu” mahnısı
12. İtaliya - Rafael Qualazzi, “Follia d’Amore” mahnısı
13. İsveçrə - Anna Rosinelli,  “İn Love For a While” mahnısı
14. Böyük Britaniya - “Blue” qrupu, “İ Can”  mahnısı.
15. Moldova - “Zdob şi Zdub” qrupu, “So Lucky”  mahnısı
16. Almaniya - Lena Mayer-Landrut, “Taken By A Stranger” mahnısı
17. Rumıniya - “Hotel FM” qrupu, “Change”  mahnısı
18. Avstriya - Nadin Beyler, “The Secret İs Love”  mahnısı
19. Azərbaycan - “Ell&Nikki” dueti, “Running Scared” mahnısı
20. Sloveniya - Mayya Keuc, “Vanilija” mahnısı
21. İslandiya - “Sigurjón’s Friends” qrupu, “Aftur Heim” mahnısı
22. İspaniya - Lusia Perez “Que Me Quiten Lo Bailao” mahnısı
23. Ukrayna - Mika Nyuton, “Angel”  mahnısı.
24. Serbiya - Nina, “Čaroban” mahnısı
25. Gürcüstan - “Eldrine”, “One More Day” mahnısı.

Eldar Qasımov - 1989-cu ildə Bakıda dünyaya gəlib. 2001-2005-ci illərdə 2 saylı Musiqi Məktəbində fortepiano üzrə təhsil alıb. 2008-ci ildə Almaniyada vokalı, aktyor ustalığını və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. 2010-cu ildə həmin təhsil ocağının beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. Alman dilində sərbəst danışır.

Nigar Camal - 7 sentyabr 1980-ci ildə Bakıda dünyaya gəlib. 1988-95-ci illərdə musiqi məktəbində təhsil alıb. 1995-96-cı illərdə "Pöhrə" respublika müsabiqəsində iştirak edib və 1996-nın mayında müsabiqənin fəxri diplomantı adını qazanıb.
1997-ci ildə 203 saylı məktəbi bitirib. 1997-2001-ci illər ərzində "Xəzər" Universitetində iqtisadçı ixtisası üzrə təhsil alıb. 2005-ci ildə ailə həyatı qurub və Londona köçüb. RnB, Soul, Pop tərzlərində mahnılar oxuyur. İki uşaq anasıdır.

Səsvermə qaydası: 

Müsabiqə günü canlı ifa zamanı bəyəndiyiniz ölkənin çıxış nömrəsini yazıb istənilən mobil operatordan 9450 sms nömrəsinə göndərin. 1 SMS-in qiyməti 60 qəpikdir.
Xatırladaq ki, 9450 sms nömrəsi yalnız Azərbaycandan səs vermək üçündür. Hər ölkənin sms nömrəsi yayımçı televiziyadan elan olunur. Ölkəmizdən Azərbaycan təmsilçilərinə səs verə bilmərik. Azərbaycan təmsilçilərinə yalnız xarici ölkə ərazisindən səs vermək olar. 1 nömrədən 20 səs göndərmək mümkündür. 
 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?