Modern.az

Ukraynanın populyar “Seqodnya” qəzeti “Evrovision-2011” haqqında nə yazıb?

Ukraynanın populyar “Seqodnya” qəzeti  “Evrovision-2011” haqqında nə yazıb?

16 May 2011, 15:05


Ukraynanın ən populyar mətbu orqnlarından biri olan “Seqodnya” qəzetinin birinci səhifəsində Eldar və Nugarın böyük şəkli təqdim olunub. Qəzetin bu günkü sayında “Evrovision - 2011”  müsabiqəsi haqqında yazı dərc olunub. Ukrayna juranalistləri Azərbaycan təmsilçilərinin qələbəsinin gözlənilən olduğunu qeyd ediblər.
Hətta Eldar və Nigarın ifa etdikləri mahnının mətninin bir hissəsinin rus dilində tərcüməsini də oxuculara təqdim ediblər.
Bununla yanaşı, qəzet Azərbaycanın qələbə qazanması ilə bağlı Rusiyada yaşayan musiqi tənqidçisi Artur Qasparyanın şərhini də dərc edib. “Peşəkar tənqidçi” qələbənin birinci şərti olaraq Türkiyənin birinci turda müsabiqədən çıxmasını və Türkiyə diasporunun üzvlərinin bütövlükdə Azərbaycana səs verməsi ilə isah edib. Daha sonra o Azərbaycanın dörd ildə “Evrovision” müsabiqəsinə külli miqdarda pul vəsaiti ayırdığını göstərib və hətta ötən il  bu yarışmaya 10 milyon dollar xərcləndiyini söyləyib. Ənənəvi olaraq öz böhtan və iftiralarından əl çəkməyən ermənilər və özünü tanınmış musiqi tənqidçisi kimi təqdim edən Artur Qasparyan nədənsə bir müsiqiçi kimi Eldar və Nigarın ifasına yaradıcılıq baxımından yanaşa bilməyib. Ya onun buna savadı çatmayıb, ya da ki, paxıllıq hisləri hər şeyi üstələyib.
Yeri gəlmişkən, qeyd etmək yerinə düşərdi ki, həmişə özlərinin diaspor fəaliyyətindən ağız dolusu danışan ermənilər Azərbaycanın bu parlaq qələbəsindən sonra bir müddət susmağa məcbur olacaqlar. Əslində Ermənistanın birinci turdan yarışmadan kənarda qalmağı şişirdilmiş erməni diasporunun “aktiv” fəaliyyətindən xəbər verir. Azərbaycanın qələbəsi isə dünya azərbaycanlılarının həmrəyliyini bir daha nümayiş etdirdi. 

Azər Qardaşlı
Ukraynada nəşr olunan “Azərbaycanın sözü” qəzetinin baş redaktoru

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu