Modern.az

Qoruyucu maskaların baha satılmasının qarşısı alınıb

Qoruyucu maskaların baha satılmasının qarşısı alınıb

14 Noyabr 2009, 19:46

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə “donuz qripi” ilə əlaqədar qoruyucu maskaların (respiratorlara) süni qıtlığını yaradan və bu malların qiymətin şişirdən apteklər barəsnidə tədbirlər görür. Nazirlik bəyan edib ki, aparılan yoxlamalar öz bəhrəsini verib.

Modern.az İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, yoxlamalar zamanı bir sıra apteklərdə qoruyucu maskaların qiymətinin şişirdilməsi hallarına rast gəlinib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Artıq görülən işlər öz nəticəsini verməkdədir. Belə ki, noyabrın 14-də aparılmış monitorinqlər zamanı apteklərdə satışda kifayət qədər qoruyucu maskaların olduğu və bir ədəd respiratorun 10-15 qəpiyə satıldığı müəyyən edilib.

Bununla belə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti qoruyucu maskalar alarkən qiymət şişirdilməsi halları ilə rastlaşdıqda vətəndaşlara Dövlət Xidmətinə (ə

laqə telefonu: 433-63-52) məlumat verməyi tövsiyə edir. 

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu