Modern.az

Türkiyəli sənətçi Ərdoğanı "faşist" adlandırıb

Türkiyəli sənətçi Ərdoğanı "faşist" adlandırıb

16 May 2011, 18:50

Qarsdakı türk-erməni dostluğuna aid abidənin 8-ci hissəsi də kəsililərək yerə salınıb.  Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan may ayıının 20-də Qarsa səfər edəcək və bu səfər öncəsi əlverişsiz hava şəraitinin olmasına baxmayaraq,  abidənin sökülməsi sürətlə davam etdirilir.

Abidənin dağıdılmasını həyata keçirən firma işciləri  24,5 metr hündürlüyündə və 350 ton ağırlığında olan “dostluq abidəsi”ndə 8-inci hissəsini kəsərək yerə salıblar. 8-ci hissənin 30 ton ağırlığında olduğu bildirilib.

25 aprel 2011 tarixində başlanan söküntü işlərindən bu günə qədər heykəldən sındırılan hissələrin cəmi 176 tondur. Ümumilikdə, heykəlin 350 tondan artıq olduğu bildirilir.
  
“Dostluq abidəsi”nin yerə endirilən hissələri nömrələnərək Qars bələdiyəsinin anbarına aparılacaq.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın 8 yanvar 2011 tarixində Qarsa ziyarəti zamanı xalqa  müraciət edərək abidəni “ucube” adlandırmışdı. Bundan sonra abidə uzun zaman mətbuatın gündəmində olan əsas mövzu olmuşdu.   
  
Bir çox türk vətəndaşı abidənin sökülməsinin tərafdarı olsa da, buna qarşı çıxanlar da olmuşdu. Xüsusilə abidənin heykəltəraşı Mehmet Aksoy onun sökülməsinə öz etirazını bildirmişdi.

Türkiyənin tanınmış teatr aktyoyu Müjdat Gəzən də abidənin sökülməsinə qarşı çıxanlar sırasındadır. Hətta sənətçi bildirib ki, abidənin sökülməsi prosesini lentə alıb və bu barədə sənədli film çəkəçək. M.Gəzən qeyd edib ki, çəkəçəyi  “İlk və son” adlı filmi “Qızıl Portağal” film festifalına təqdim edəcək. “Bu mənim ilk və son sənədli filmin olacaq, film heykəlin başı qoparılan səhnə ilə bitəcək”.

Baş nazirin “heykəli bəyənmədim, uçurun!” dsözlərinin faşizim olduğunu deyən sənətçi “heykəli bəyənib-bəyənməmək ayrı bir mövzudur... Mən o naziri bəyənmirəm “ucubə” deyirəm ona”-deyə fikir səsləndirib. 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir