Modern.az

Ziyafət Əsgərov Qərbi topa tutdu: “Neft lazım olanda qaçırlar Azərbaycan prezidentinin üstünə”

Ziyafət Əsgərov Qərbi topa tutdu: “Neft lazım olanda qaçırlar Azərbaycan prezidentinin üstünə”

17 May 2011, 14:13

Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu günkü iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni kəskin tənqid edib.

“Bu gün Qərb deyəndə, jandarma başa düşülür. Bunlar beynəlxalq siyasəti, beynəlxalq hüququ öz əllərinə alıblar, necə istəyirlər, elə də tətbiq edirlər”-deyə vitse-spiker bildirib

Z.Əsgərov Avropa Parlamentinin qəbul etdiyi son qətnaməni “ikili standart” və “arxadan vurulan zərbə adlandırıb” və Qərb ölkələrini özlərinin maraqlarını Azərbaycana diqtə etmək cəhdində ittiham edib.
“Onların devizi budur: güc bizdədir, resurs bizdədir. Biz necə istəyirik, elə də olmalıdır. İstəsəniz də budur, istəməsəniz də. Ədalət, bərabərlik, təhlükəsizlik məsələləri gələndə isə deyirlər ki, bunu biz özümüz həll eləməliyik. Onda sual olunur, yaxşı onda bizi ora niyə dəvət eləmisiniz? Qaz lazım olanda, neft lazım olanda qaçırlar Azərbaycan prezidentinin üstünə, Azərbaycanda iki-üç cinayətkar tutulan kimi o saat QHT-lərlə işləyirlər. Axı bu da Azərbaycanın işidir. Gəlin Azərbaycanla həll edin. Əgər problem varsa, biz oranın üzvüyüksə, bunu bir yerdə həll eləməliyik. İkili standart nəyə lazımdır?”

Vitse-spiker deyib ki, bu gün «Nabucco» layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycana çox ciddi təzyiqlər var: “Bundan istifadə edib, Azərbaycandan əlavə güzəştlər qoparmaq istəyirlər. Qopara bilmədikdə, insan hüquqları, demokratiya adı altında Azərbaycana təzyiqlər edilirsə, bu, kişilikdən deyil. Onsuz da beynəlxalq aləmdə kişilik qalmayıb. Buna baxmayaraq, bizim öz standartlarımız var».

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi