Modern.az

Milli Məclisin 100 deputatı Avropa Parlamentinə müraciət etdi

Milli Məclisin 100 deputatı Avropa Parlamentinə müraciət etdi

17 May 2011, 16:39

Modern.az xəbər verir ki, Milli Məclis Avropa Parlamentinə müraciət qəbul edib. Parlamentin axşam iclasında qəbul olunan müraciətin mətni deputat Azay Quliyev tərəfindən Milli Məclisdə səsləndirlib. Müraciətdə qeyd olunur ki, Avropa Parlamentinin 12 mayda qəbul etdiyi qətnamə Azərbaycanla bu qurum arasında yaranan əlaqələrə ciddi zərbə vura bilər. Milli Məclis bu qətnaməni Avropa Parlamenti ilə münasibətlərə son qoya biləcək qərəzli bir sənəd hesab edir.

“Ərəb ölkələrində başlanan hadisələrdən sonra ölkəmizdə siyasi dayaqları olmayan bir sıra qüvvələrin qeyri-qanuni aksiayalarının qarşısını alınıb. Avropa ölkələrində də analoji addımlar atılır”-deyə sənəddə vurğulanır. 
Milli Məclis Avropa Parlamentinin qətnaməsini “qeyri-obyektiv” və “qərəzli” adlandırıb. Səsəvermə nəticəsində müraciət yekdilliklə qəbul edilib. Milli Məclisin 100 deputatı müraciətin qəbul edilməsinin lehinə səs verib.

Sənədin qəbulundan sonra spiker Oqtay Əsədov bildirib ki, may ayının 22-də Avropa Parlamentinin sədri Azərbaycana səfərə gəlir.
“Bu müraciət tez göndərilməlidir ki, o gələnə qədər məlumatlı olsun”-deyə spiker vurğulayıb. Müraciət beynəlxalq quruma göndəriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?