Modern.az

Deputat baş redaktora cavab verdi: "Gənclər həbsxanada, onlar isə kurortdadır"

Deputat baş redaktora cavab verdi: "Gənclər həbsxanada, onlar isə kurortdadır"

Parlament

18 May 2011, 11:23

Qüdrət Həsənquliyev: "İctimai Palatanın Yessentukidə olan bütün üzvlərinə şəfa diləyirəm"

"Tənqidlərimə nifrətlə yox, soyuq başla yanaşsalar, onlara çox böyük faydası olar"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin "gəncləri icazəsiz etiraz aksiyasına çağırmaqla onların həbs olunmalarına bais olan İctimai Palatanın bəzi aparıcı şəxslərinin Yessentukidə istirahət etmələri" ilə bağlı parlamentin son toplantısındakı çıxışını "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qarğışla cavablandırıb.

Rauf Arifoğlunun qarğışı ilə bağlı BAXCP mətbuat xidmətinin suallarını cavablandıran Qüdrət Həsənquliyev özünə və hər bir azərbaycanlıya ildə heç olmasa bircə dəfə kurortlara gedib sağlamlıqlarını möhkəmləndirmələrini, yaxşı dincəlmələrini arzuladığını bildirib:

"Rauf bəyin səhhətində problem varsa, Allahdan şəfa diləyirəm. Yessentukiyə böyük məmnuniyyətlə gedərdim. Rauf bəy öz qəzetində mənim hər çıxışımdan sonra onu sifarişlə etdiyimi yazır. Həccə getsə də Allahdan qorxmur. Mən isə kiçik bir həqiqəti demişəm. Sözün doğrusu mən öz çıxışımda Rauf Arifoğlunu yox, onun qəzetindəki debat zamanı böyük dəyərlərdən danışan, İctimai Palatanın "beyni" və "lokomotivi" Pənah bəyi nəzərdə tutmuşdum. Ona da şəfa diləyirəm, İctimai Palatanın  Yessentukidə olan digər üzvlərinə də... Səhv etmirəmsə onlar Yessentukiyə gedəndən sonra da gənclərdən həbs edilənlər olub. Gənclər razılaşdırılmamış mitinqə onların qərarı ilə çıxmışdılar. İndi gənclər həbsxanada, onlar isə kurortdadır. Heç olmasa istintaqın bitməsini gözləmək olardı. Öz əməllərində nöqsan görməyib mənə qarğış edirlərsə bunu onların vicdanına buraxıram. Açıqlamamda hər hansı çirkinlik və təhqir görmürəm. Fikirlərimdə hər kəsi, xüsusilə də gəncləri düşündürməli olan və hər kəsə bəlli kiçik bir fakt yer alıb - Uşaqlar həbsdədir, onlar isə kurortda. İctimai Palatanın başında duranlar başqalarını aksiyaya çağırıb özləri çıxmırlar, başqa qadınları mitinqlərə dəvət etdikləri halda öz qadınlarını aksiyalara buraxmırlar. Sonra da istəyirlər ki, heç kim bu barədə danışmasın. Özləri də söz azadlığı tələb edirlər. Tənqidlərimə nifrətlə yox, soyuq başla yanaşsalar, onlara çox böyük faydası olar".  

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı