Modern.az

Mlli Məclisin dostluq qruplarının rəhbərləri xariclə dostluq edə bilirlərmi?

Mlli Məclisin dostluq qruplarının rəhbərləri xariclə dostluq edə bilirlərmi?

19 May 2011, 14:56


Ölkələr arasında əməkdaşlığın genişlənməsində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolu böyükdür. Dördüncü çağırış Milli Məclisin ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri bir neçə ay öncə təyin edilib. Maraqlıdır, ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri qarşı tərəfdəki ölkəni tanıyırmı? Orada olubmu? Əlaqələr üçün nələr nəzərdə tutulur?
Onlar bu barədə Modern.az saytına danışırlar.

Mili Məclisdəki Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüstəm Xəlilov bildirib ki, ötən çağırışda da o, Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olub. Millət vəkili  indiyə kimi qarşılıqlı səfərin olmadığını bildirib, işçi qrupun rəhbəri olmasına baxmayaraq, deputatın özü də Argentinada olmayıb.
R.Xəlilov qeyd edib ki, parlamentlərarası əlaqələr iki ölkə arasında əlaqələrin  dahada istiləşməsinə gətirib çıxaran bir məsələdi.
“Ona görə çox arzulayıram ki, bu əlaqələr geniş olsun”.

Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri İmamverdi İsmayılov  parlamentlərarası əlaqələrin  çox vacib bir məsələ olduğunu bildirib. O hesab edir ki, dövlətimizin dünya çapına çıxarılmasında bu məsələnin böyük rolu var və parlamentimiz bu sahədə ciddi addımlar atır.
Maraqlıdır ki, İ.İsmayılovun özü də hələ indiyədək Avstraliyada səfərdə olmayıb.

Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əhməd Vəliyev isə bildirib ki, ölkələrarası əlaqələrin möhkəmləndirilməsində bu məsələnin mühum rolu var.
Ə.Vəliyev qeyd edib ki, indiyə qədər Cənubi Afrika Respublikası ilə parlamenlərarası əlaqələrlə bağlı heç bir qarşılıqlı səfərlər olmasa da, inanır ki,  bundan sonra bir proqram hazırlanacaq və qarşılıqlı səfərlər düzənilənəcək, bu da ölkələrin qanunvericilik və digər sahələrdə əməkdaşlığının genişlənməsinə, ümumən ölkələr arasında  münasibətlərin yaxşılaşmasına gətirib çıxaracaq.

Mail AĞAXANOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!