Modern.az

Klinton ermənsitanlı nazirə “sizi yenidən görməkdən məmnun oldum” deyib

Klinton ermənsitanlı nazirə “sizi yenidən görməkdən məmnun oldum” deyib

20 May 2011, 14:28

“ABŞ və Ermənistanın qarşısında çoxlu sayda mühüm məsələlər durur”. Bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı bildirib. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, dövlət katibi erməni həmkarı ilə çoxsaylı görüşlər keçirdiyini deyib.
“Mən sizi eynidən Dövlət Departamentində görməkdən məmnnam. Ermənistanı və ABŞ çoxsaylı bağlar br-birinə bağlayır. Bu bağlar təkçə siyasət ilə məhdudlaşmır. Bizim qarşımızda çoxsaylı mühüm məsələlər durur və biz bu gün əvvəl başlanmış mühüm danışıqları davam etdirəcəyik”.-deyə Klinton bildirib.

Ermənistan XİN rəhbəri öz növbəsində qeyd edib ki, görüşlərin dövrülüyü erməni-amerika münasibətlərinin möhkəmlənməsi və dərinləşməsinin sübutudur.

“Birgə səylərimiz nəticəsində münasibətlərimiz son illərdə yeni səviyyəyə qalxıb. Buna görə sizə bu işdəki töhfələrinzə görə təşəkkür edirəm. İndiki görüşümüz də bu əlaqələrin möhkəmlənəsi üçün yeni imkanlardan biri olacaq”-deyə Nalbandyan qeyd edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir