Modern.az

Azərbaycan Prezidentinin kürəkəni: “Bu gözlənilməz sürpriz idi”

Azərbaycan Prezidentinin kürəkəni: “Bu gözlənilməz sürpriz idi”

20 May 2011, 16:54

Azərbaycanlı bəstəkar və müğənni Emin Ağalarov Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalı “Eurovision-2011” mahnı müsabiqəsindəki qələbə münasibətilə təbrik edib.

Modern.az-ın Emin Ağalarovun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, E.Ağalarov onların qələbəsi ilə fəxr etdiyini yazıb.

“Bu, xoş və gözlənilməz sürpriz idi. O mənada yox ki, onlar buna layiq deyildilər. Ona görə ki, praktiki olaraq bütün Avropa onları bu cür dəstəklədi. Onların hər ikisi xoşuma gəlir, yaxşı təhsil alıblar, ingilis dilində sərbəst danışırlar və bütün mənalarda öz ölkələrini təmsil etməyə layiqdirlər”.
Emin Ağalarovun fikrincə, Eldar Qasımov və Nigar Camalın gözəl qələbəsi Azərbaycanın çoxlu sayda tamamilə yeni insanlar tərəfindən layiqincə tanınmasına və qiymətləndirilməsinə imkan verəcək.
“Rusiyaya 12 bala görə ayrıca təşəkkür edirəm. Bütün ölkə özünü bu qələbənin iştirakçısı sayır. Bizim hamımız fəxr edirik və xoşbəxtik”.

Emin Ağalarov gələn il “Eurovision” müsabiqəsində iştirakı ilə bağlı çoxsaylı suallara münasibət bildirərkən deyib ki, hələlik bu sualları cavabsız qoyur. Amma onun tezliklə bu məsələ ilə bağlı mövqeyini bildirəcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir