Modern.az

Azərbaycan deputatlarının Almaniya səfərindən FOTOSESSİYA

Azərbaycan deputatlarının Almaniya səfərindən FOTOSESSİYA

Parlament

20 May 2011, 17:15

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Eldar Quliyev, parlament Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov mayın 2-də Almaniyada səfərdə olublar.
Modern.az saytı xəbər verir ki, səfər zamanı nümayəndə heyətinin üzvləri Almaniyanın Qidalanma, kənd təsərrüfatı və istehlakçıların hüquqlarının qorunması üzrə Federal Nazirliyində, Alman Kooperasiya və Rayffayzen Konfederasiyasında bir sıra görüşlər keçiriblər.
Görüşlərin məqsədi əsası orta əsrlərdə qoyulan Avropa kooperativ hərəkatının öncüllərindən olan Almaniyanın bu sahədəki təcrübəsini öyrənmək, ölkənin kooperasiya sisteminin qanunvericilik bazası ilə yaxından tanış olmaq idi. Deputatlar həmçinin səfər çərçivəsində  Almaniyanın Saksoniya əyalətində olublar,  buradakı kənd təsərrüfatı kooperativlərinin əldə etdikləri nailiyyətlərlə maraqlanıblar.  
Nümayəndə heyətinin üzvləri Almaniyanın  Leypsiq şəhərində keçirilən “AGRA-2011” sərgisində də iştrak ediblər.

Modern.az saytı deputatların Almaniya səfərindən fotoları təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı