Modern.az

"Yeni büdcə dəyişikliyində əsaslı tikinti xərcləri üçün 2,5 milyard manat ayrılıb"

"Yeni büdcə dəyişikliyində əsaslı tikinti xərcləri üçün 2,5 milyard manat ayrılıb"

Parlament

23 May 2011, 17:44

Məsələ mayın 27-də Milli Məclisdə müzakirə olunacaq

Bu gün Milli Məcıisin İqtisadi siyasət komitəsində Azərbaycan Respublikasının 2011-ci il üzrə dövlət büdcəsinə dəyişiklik məsələsi müzakirə ounub və plenar iclasa tövsiyyə edilib.

Sənəddə konkret olaraq hansı sahələr üzrə dəyişikliklərin olacağı göstərilib.

MM-in İqtisadi siyasət komitəsinin üzvu Vahid Əhmədov Modern.az saytına bildirib ki, hələ 2011-ci ilin büdcəsi müzakirə olunarkən neftin bareli 60 dollardan götürülmüşdü: “O zaman biz bu məsələyə etiraz edərək bildirdik ki, dünya bazarında qiymətlər yuxarı olacaq. Biz 90-100 dolar götürülməsinin tərəfdarı idik. Lakin hökümət bir qədər ehtiyatlı mövqe tutdu və neftin qiymətini 60 dollar götürdü.

Ancaq indi neft göstərilən məbləğdən yuxarı satılır. Yeni dəyişiklikdə neftin bareli 80 dollardan götürülür. Bu isə o deməkdi  ki, büdcəyə əlavə 3,5 milyard dollar vəsait daxil olub”.

V.Əhmədov onu da bildirib ki, 3,5 milyard vəsaitin 2,5 milyardı əsasən investisiya layihəsi, əsaslı tikinti xərcləri üçün nəzərdə tutulub:
“700 milyon manat sair xərclər üçün nəzərdə tutulub, 462 milyon manat elm, təhsil, səhiyyə, hərbi quruculuq, mədəniyyət və.s bu kimi sahələr üçün yönəldilib. 195 milyon manat isə pensiya islahatları ilə bağlı məsrəflərə sərf olunacaq. 
Pensiyaların orta həddi təxminən 140-150 manat təşkil edəcək, 30 milyon manat isə digər xərclər üçün nəzərdə tutulub”.
Millət vəkili büdcəyə bu dəyişikliyin normal olduğunu qeyd edib:
“Ancaq məni qayğılandıran bir məsələ var. Hələ də bizim büdcə neftdən aslıdır. Biz çalışmalıyıq ki, qeyri-neft sektoru da inkşaf etsin. Büdcəmiz neftdən asılı olmasın, antiinfilyasiya, süni qiymət artımı məsələləri ilə bağlı  bizi ciddi naraht edən məsələlər var. Ancaq maliyyə naziri Samir Şərifov və mərkəzi bankın nümayəndəsi bildirdilər ki, bu məsələlər Azərbaycanda tənzimlənir, bölgü məsələsi normalıdı, bölgüdə büdcəyə dəyişiklik məsələsində bizim ciddi narazılığımız yoxdur”.

M.AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır