Modern.az

Deputat atası ilə birgə yol qəzasında həlak olub (Yenilənib)

Deputat atası ilə birgə yol qəzasında həlak olub (Yenilənib)

24 May 2011, 11:58

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun ən yeni tarix şöbəsinin müdiri, tarix elmləri namizədi, dosent, Azərbaycanın və Naxçıvanın Əməkdar jurnalisti, Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzetinin sabiq baş redaktoru, “Azərbaycan” qəzetinin Naxçıvan MR üzrə bölgə müxbiri Məmməd Məmmədov mayın 21-də faciəli şəkildə həlak olub.

Modern.az-ın məlumatına görə, iyunun 4-də 49 yaşı tamam olacaq M.Məmmədov özünə məxsus “Hunday” markalı avtomobillə doğulub boya-başa çatdığı Çərçiboğan kəndinə gedərkən, sükan arxasında infarkt keçirib. Səhhətində yaranan qəfil problem nəticəsində onun ayağı qaz pedalına daha bərk sıxılıb və avtomobil idarəetməni itirib. Qarşı yola çıxan minik maşını Naxçıvan-Şərur avtomobil yolunun Çərçoboğan kəndinə dönəcəyindəki yanacaqdoldurma stansiyasının divarına çırpılıb.

Qəza nəticəsində Məmməd Məmmədov, onun atası Yarəli Məmmədov dünyasını dəyişib. Mərhum jurnalistin həyat yoldaşı S.Məmmədova və oğlu İ.Məmmədov isə ağır vəziyyətdə Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyyəti normaldır.  

Allah rəhmət eləsin!

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir