Modern.az

Milli Məclisin keçmiş deputatı vəfat edib

Milli Məclisin keçmiş deputatı vəfat edib

24 May 2011, 12:02

Azərbaycan Milli Məclisinin (MM) keçmiş deputatı Səttar Səfərov vəfat edib. S. Səfərov 74 yaşında dünyasını dəyişib. Səttar İsmayıl oğlu Səfərov 1937-ci il iyulun 18-də Qərbi Azərbaycanda (indiki Ermənistan) Vedi rayonunun Şirazi kəndində anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. (APA)

1955-ci ildə Ağdaş və Bərdə rayonlarında fəhlə işləyib. 1964-cü ildə Yevlax və Bakı şəhərlərində müəllim, 1966-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunun siyasi iqtisad kafedrasında müəllim, 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirant olub.

1985-ci ildən iqtisad elmləri doktoru, 1986-cı ildən isə professordur. 1971-ci ildən Moskva Kooperativ İnstitutunun Bakı filialında baş müəllim, dosent, kafedra müdiri, 1989-cu ildən direktor müavini, direktor, 1995-ci ildən Azərbaycan Kooperasiya İnstitutunun rektor vəzifəsində işləyib.

8 kitabın və 170 elmi məqalənin müəllifidir. 1995 və 2000-ci ildə Azərbaycan Milli Məclisinin deputatı olub. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasına sədrlik edib.

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu