Modern.az

«Xaricdə satışdan çıxarılan sular Azərbaycana gətirilir»

«Xaricdə satışdan çıxarılan sular Azərbaycana gətirilir»

16 Noyabr 2009, 17:52

Hazırda Azərbaycanın bütün rayonlarında mineral və sərinləşdirici suların, meyvə şirələrinin istehsalı ilə məşğul olan müəssisələr mövcuddur. Mütəxəssislərin qənaətincə, respublikamızda istehsal olunan suların təxminən 40 faizinin keyfiyyəti normadan çox aşağıdır, yəni onlar saxta sulardır. Yay aylarında Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə kiçik sexlər peyda olur ki, onlar adi qaynanmamış suyu qablaşdıraraq əhaliyə satırlar. Belə suların əsas satış yerləri kiçik köşklər, kafelər, avtovağzal və dəniz sahilində yerləşən obyektlərdir. Əhali həmin sulardan ona görə çox istifadə edir ki, onların qiyməti olduqca aşağıdır. Araşdırmalara görə, bütün xəstəliklərin mənbəyinin 70 fazini belə su təşkil edir. Hər il dünyada təkcə saxta və keyfiyyətsiz sudan 3 milyon insan dünyasını dəyişir. Bəs Azərbaycanda necə, su istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər bu faktı nəzərə alırmı?

Mineral sular və şirələrin 40 faizi standartlara cavab vermir Azərbaycan Su İstehsalçılar Birliyinin sədri Dövlət Məmmədovun bildirdiyinə görə, hazırda öz adını və  keyfiyyətini qoruyub saxlayan sular mövcuddur.  ““Badamlı» və «Sirab» kimi mineral sular müasir tələblərə cavab verir. Bununla yanaşı, bir sıra digər keyfiyyətli sular da var ki, onların reklama ehtiyacı var. Azərbaycanda əsasən Lerik, Yardımlı, Gədəbəy, Daşkəsən, Xanlar, Qax, Qusar, Quba zonalarında mineral sular mövcuddur. Həmin suların tərkibi minerallarla zəngin olsa da, istehsalda buraxılan nöqsanlar səbəbindən onlar keyfiyyətsiz halda qablaşdırılır. Mineral sular birbaşa bulaqdan qablaşdırılırsa, onun keyfiyyəti üzərindəki göstəricilərlə uyğun gəlir, əksinə, belə sular şəhərə daşınaraq sexlərdə qablaşdırılırsa, adi sudan heç nə ilə fərqlənmir. Bunun nəticəsidir ki, paytaxtın ticarət şəbəkəsində mənşəyi bəlli olmayan çoxlu sayda sular peyda olub. Ticərət obyektlərində istehlakçılara təklif olunan yerli və xarici suların böyük əksəriyyəti standartlara cavab vermir. Maraqlı fakt ondan ibarətdir ki, satış mərkəzlərində belə suların heç birinin sertifikatı yoxdur. Bu isə həmin suların evlərdə və gizli sexlərdə istehsal olunmasından xəbər verir.

Ümumiyyətlə, ölkədə istehsal olunan mineral sular və şirələrin 40 faizi standartlara cavab vermir. Çünki həmin sular heç bir şəraiti olmayan, sanitar-gigienik qaydalara cavab verməyən yerlərdə qablaşdırılır. Yaxşı haldır ki, bəzi hallarda Respublika Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları həmin malları aşkar edib satışdan çıxarırlar. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyinin İstahlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti də müəyyən qədər buna nəzarət edir. Çox təssüf ki, keyfiyyətsiz, mənşəyi bəlli olmayan və yararlılıq müddəti bitmiş bütün sular satışdan çıxarılmır. Qətiyyətlə demək olar ki, hazırda ölkədə istehsal olunan suların keyfiyyətinə heç kim nəzarət etmir. Bunun nəticəsidir ki, şadlıq evlərində çoxlu sayda mənşəyi bəlli olmayan limonadlar istehsal olunur, onların da tərkibinə süni maddələr qatılır”.

Dövlət Məmmədov deyir ki, Avropa ölkələrində sərinləşdirici sulara qatılan kimyəvi  rənglərin istifadəsinə çoxdan qadağa qoyulub: “Bəzi işbazlar həmin maddələrdən Azərbaycanda  sərinləşdirici içkilər və şirə istehsalında istifadə  edirlər. Belə şirələrin istifadəsi insan orqanizmi üçün təhlükəlidir. Xüsusən, uşaqların belə şirələrdən istifadəsi allergiya xəstəliyi yaradır. Ancaq həmin şirələr şadlıq evləri və restoranlarda kütləvi halda insanlara təklif olnur. Belə hallar nəzərə alınaraq şadlıq evlərində istifadə edilən limonadlar və meyvə şirələrinin tərkibi hər gün aidiyyatı qurumlar tərəfindən yoxlanılmaldır. Nəzərə almaq lazımdır ki, sulara ildə bir dəfə sertifikat verilir. Ona görə, yoxlamalar hər gün aparılmalıdır ki,  ikinci partiyadakı suların tərkibində də bakteriyalar olmasın”.

 

Xaricdə satışdan çıxarılan sular Azərbaycana gətirilir

 

D.Məmmədov bildirir ki, Azərbaycana idxal edilən suların 60 faizi saxta sulardır: “Həmin suların əksəriyyətini Rusiya və Gürcüstan bazarlarından çıxarılmış məhsullar təşkil edir. Təssüf ki, bu suların tərkibi sərhəddə cavabdeh qurumlar tərəfindən yoxlanmır. Əslində  respublikaya daxil olan bütün yeyinti məhsullarına yerli seritifakat verilməlidir. Ölkəyə idxal edilən məhsullar laboratoriyadan analiz edildikdən sonra uyğunluq sertifikatı ilə təmin edilməlidir. Yerli standartlara cavab verməyən məhsullar elə sərhəddən geri qayıtmalıdır. Ancaq icra strukturları bildirir ki, bununla sahibkarların hüquqları pozulmuş olur. Burada söhbət sahibkarların hüquqlarının pozulmasından deyil, xalqı keyfiyyətli məhsulla təmin etməkdən gedir. Əlehinə deyilik ki, sahibkarlar xarici ölkələrdən su, yaxud sərinləşdirici içkilər gətirsinlər, onu istəyirik ki, gətirilən mal keyfiyyətli olsun və xalqın sağlamlığına ziyan vurmasın”. Müsahibizi deyir ki, xarici ölkədən gətirilən «Tu Nant» mineral suyu bazarda 1 man 70 qəpiyə satılsa da, onun mənşəyi bəlli deyil, istehsal tarixi yoxdur, sertifikatı da göstərilmir. “Ticarət mərkəzlərində bu sənədləri təqdim etmək əvəzinə «siz bilmirsiniz bu suları respublikaya kim gətirir?» deməklə yuxarı instansiyalara şər atırlar. Bununla  respublikada tanınmış şəxslərin adından istifadə edirlər. İdxal məhsullarının üzərində hətta onun hansı dövlətə məxsus olması  da göstərilmir. Bəlkə bu sular Ermənistandan gətirilib, tərkibində də təhlükəli  mikroblar var?”

Azərbaycan Su İstehsalçılar Birliyinin sədri bildirir ki,  Gürcüstandan gətirilən limonadların tərkibinə spirt qatılır ki, namaz qılıb, oruc tutan vətəndaşlarımızın bundan xəbəri yoxdur. Həmin limonadların üzərində bir dənə də olsun, Azərbaycan dilində söz yoxdur.

 

Bazarlarımızda erməni suları

  

D.Məmmədovun sözlərinə görə, bir çox hallarda Gürcüstan və Rusiyada su istehsalı ilə məşğul olan şəxslərin kimliyi də bəlli deyil. Bəlli olan odur ki, həmin ölkələrdə çoxlu sayda ermənilər su istehsalı ilə məşğul olurlar. “Hazırda Gürcüstandan “Barjom” gətirənlər Azərbaycan tarixinə, genefonduna ziyan vuranlardır. “Borjom”, “Yesintüki-4” , “Yesintüki-17”, ”Narzan” suları müalicəvi əhəmiyyətə malik olduğundan ancaq apteklərdə satılmalıdır. Əfsuslar olsun ki, həmin sular müxtəlif ticarət şəbəkələrinə yol tapıblar. Belə şəraitdə həmin suları uşaqlara vermək olmaz, çünki uşaqların yumurtalığını öldürür, kişilərdə isə impotentlik yaradır. Bu isə gələcəkdə sonsuzluq xəstəliyinə gətirib çıxarır ki, nəticədə genafondumuza təhlükə böyüyür”-dey. Dövlət Məmmədov bildirib. Onun sözlərinə görə, hələ sovet hökuməti vaxtında yeganə sonsuzluq institutu olub ki, o da Tiflisdə yerləşib və indi də fəaliyyət göstərir: “Son məlumatlara görə, Gürcüstanda evlənən gənclərin 25 faizi sonsuzluq xəstəsidir. Bu, məhs həmin suyun tərkibinin nəticəsidir. Bu suyun tərkibidə titan, bor və aliminium var. Ona görə həmin suların həkimin icazəsi olmadan istifadəsi məsləhət deyil.

Rusiyadan Azərbaycan bazarına daxil olan suların əksəriyyətinin rəhbərləri ermənilərdir. Moskva ətrafında  buraxılan  “Şişkin les” suyunun maliyyə direktoru Monastryan, «Çernoqolovko»nın rəhbəri isə Aqanovdur.  Bu suyun tərkibində kalsi çox azdır, ftor normaya uyğun deyil, ona görə içmək üçün normal su hesab edilmir. Ondan istifadə insan orqanizmində güclü zəhərlənmə verə bilər. Rusiyadan Azərbaycana ermənilərin istehsal etdiyi “uşaq suları”daxil olur. Əslində “uşaq suyu” adlı bir anlayış yoxdur. Təklif olunan ”Aquşa”, ”Rosti-Bolşoy”, ”Malışka” kimi idxal edilən suların uşaqlara heç bir faydası yoxdur. Bu suların keyfiyyəti çox aşağıdır, ona görə onların uşaqlara verilməsi məsləhət deyil. Çünki, bu sular uşaqlara güclü allergiya verir. Alıcılarını çaşdırmaq məqsədilə onların üzərində yazıblar ki, guya həmin suyu Ümumrusiya Elmi-Tədqiqat Yeyinti İnstitutu məsləhət görür. Ancaq  Rusiyanın baş sanitar həkiminin araşdırmasına görə, bu sular bioloji tərkibinə görə,  hətta uşaq yeməkləri hazırlanması üçün də məsləhət deyil”. D.Məmmədovun sözlərinə görə, Azərbaycana Fransa, İtaliya, Polşa, Almaniya və İngiltərədən müxtəlif sular daxil olur.  Ötən il Respublikaya xarici ölkələrdən 2146 dekolitir mineral su idxal edilib.  Daxil olan meyvə şirələri isə 17275 ton təşkil edib. “Bu suların əksəriyyətinin tərkibində ftor çatışmır. Xarici ölkələrdən gətirilən sular keyfiyyətinə görə Azərbaycan sularından geridə qalır. Eyni zamanda, indi resrtoran və şadlıq evlərində istifadə edilən “xarici” suların 60 faizi Azərbaycanda istehsal olunur. Belə sular restoran və şadlıq evlərinin zirzəmilərində işbazlar tərəfindən qablaşdırılır. Xarici dövlətlərin su şirkətlərinin  Azəraycandakı nümayəndələri həmin suların güclü təbliğatını aparırlar. Məqsəd ondan ibarətdir ki, keyfiyyətsiz və standartlara cavab verməyən suların satışı həyata keçirilsin.Yerli istehsalçıların kifayət qədər vəsaiti olmadığndan öz mallarını raklam edə bilmirlər”. Neftdən baha satılan içməli su Birlik sədri deyib ki, Azərbaycanda 185 hüquqi və fiziki şəxs tərəfindən mineral su və şirə istehsal olunur.: “Əfsuslar olsun ki, bunların hamısı nəzarətdən kənardadır. Regionlarda insanlar bir-birlərini tanıdıqlarından su istehsalındakı nöqsanlara göz yumulur. Paytaxtda isə xaricdən gətirilən sular həddindən artıq bahadır. Bu suların niyə baha başa gəlməsini heç kimdən soruşmaq mümkün deyil.  0,5 litrlik xarici su 1 man 70 qəpiyədirsə, özümüzün 1 litrlik suyumuz 40 qəpiyə satılır. Azərbaycanda Rusiya və Gürcüstan markası ilə 5-10 litrlik  su satılır. Amma onların heç biri həmin ölkələrdən gətirilmir, hamısı Bakı şəhərində qablaşdırılır”.

D.Məmədovun sözlərinə görə, ölkəmiz Ümumdünya Ticarət Təşkilatına üzv olmağa hazrlaşırsa, sadalanan hallar aradan qaldırılmalıdır: “Bunun üçün su istehsalı sahəsində də çoxlu işlər görməliyik ki, gələcəkdə öz sularımzı dünya bazarına çıxara bilək. Azərbaycana neft və qazdan çox sudan gəlir gətirmək olar. Ona görə bir litri neftdən təxminən iki dəfə baha olan mineral su istehsalına daha çox diqqət ayrılmalıdır. Təkcə bu sahənin inkişafı respublikamıza milyonlarla manat vəsait gətirə bilər. Bu işdə regonların üzərinə böyük məsuliyyət düşür. Ancaq rayonlarda istehsal edilən sular Bakı və Sumqayıtın iri ticarət mərkəzləri tərəfindən qəbul edilmir. Bu məhsullar iri şəhərlərdə fəaliyyət göstərən ticarət obyektləri tərəfindən qəbul edilmirsə, istər-istəməz həmin müəssisə bağlanmalıdır ki, bu işsizlik problemi ilə birbaşa bağlıdır.  Ona görə, aidiyyatı dövlət orqanlar məsələni diqqətdə saxlamalıdır”.

 

Alim Hüseynli

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir