Modern.az

Millət vəkilləri NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

Millət vəkilləri NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

25 May 2011, 12:27

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və onun başçılıq etdiyi nümayəndə heyəti mayın 27-dən 30-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək NATO Parlament Assambleyasının yaz sessiyasında iştitak edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına bildirilib.  

Sessiyada Azərbaycanın nümayəndə heyətinin tərkibinə millət vəkilləri Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir.

Sessiyanın iclaslarında informasiya və milli təhlükəsizlik, Ukraynada daxili dinamika və xarici siyasətin prioritetləri, Əfqanıstanda idarəetmə problemləri, raket əleyhinə müdafiə, Çinin tərəqqisi və bunun NATO üçün mümkün nəticələri, bioloji və kimyəvi təhdidlərə qarşı müqavimət göstərilməsi, sənayenin su təhlükəsizliyinə təsiri və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Bundan başqa, səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır