Modern.az

Deputat Aydın Abbasov: “Atam barədə yazılanlar cəfəngiyyatdır”

Deputat Aydın Abbasov: “Atam barədə yazılanlar cəfəngiyyatdır”

Parlament

25 May 2011, 13:29

Azərbaycan Baş nazirinin sabiq birinci müavini, “AST” şirkətlər qrupunun vitse-prezidenti, hazırda Rusiyada yaşayan Abbas Abbasov ötən həftə Bakıda səfər oldu. O, bir sıra rəsmi tədbirlərdə iştirak etdi.

Ancaq mediada Abbas Abbasovun səfəri müxtəlif şəkildə qiymətləndirilir.

Hətta onun bu səfər zamanı müxtəlif gizli görüşlər keçirdiyi, dostu Telman İsmayılova məxsus ticarət obyektlərinin satışı üçün dasnışıqlar apardığı da yazılır.

Məsələni dəqiqləşdirmək üçün millət vəkili, Abbas Abbasovun oğlu Aydın Abbasovla əlaqə saxladıq.

Deputat Modern.az saytına bildirdi ki, atasının Bakıya gəlişinin bütün təfərrüatları mətbuatı izləyən hər kəsə məlum olmalıdır: “Atam Qafqaz Müsəlmanları İdarəsinin tədbirində iştirak etdi. Sonra Prezidentin qatıldığı tədbirdə çıxış etdi. Milli-mənəvi dəyərlərlə bağlı tədbirə qatılır, buna da başqa cur ad verilir. Hesab edirəm ki, belə dəyərləndirmə heç bir etikaya sığmır”.

Deputat deyib ki, 2011-ci il Azərbaycanda Prezident tərəfindən “Turizm ili” élan olunub:
“Belə yazı sahibləri doğrudan da Abbas Abbasovla ürəkdən maraqlanırlarsa, qərəzli deyillərsə, yazsınlar ki, Abbas Abbasov turizmlə bağlı Azərbaycana öz töfhəsini verəcək. Hər halda hesab edirəm ki, belə yazılar xoşniyyətli deyil. Bu tipli məsələlər kimsəyə baş ucalığı da gətirməyib və bundan sonra da gətirməyəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü