Modern.az

“SOS Uşaq Kəndləri-Azərbaycan” Respublika Gününü qeyd edib

“SOS Uşaq Kəndləri-Azərbaycan” Respublika Gününü qeyd edib

25 May 2011, 15:56

Mayın 24 -də Nərimanov rayonunda Respublika Gözdən əlil uşaqlar üçün İnternat Məktəbdə Bakcell-in dəstəyi ilə Respublika Gününə həsr edilmiş tədbir keçirilib. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası hər il olduğu kimi, bu il də Respublika Gününü qeyd edib. Bu bayram tədbiri SOS uşaqları üçün “Bakcell stars” layihəsininn dəstəyi ilə öyrəndiklərini nümayiş etdirmək üçün gözəl bir imkan olub.

Tədbirin keçirildiyi Respublika Gözdən əlil uşaqlar üçün İnternat məktəb Təhsil Nazirliyinin nəzdində gözdən əlil və zəif görən uşaqlar üçün ixtisaslaşdırılmış tədris ocağıdır. Hal-hazırda İnternat məktəb və ərazidə yerləşən Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Gözdən Əlil uşaqlar üçün 38 saylı Musiqi Məktəbi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təmir edilib. Tədbirdə Uşaq Xor truppasının ifa etdiyi 12 mahnı, 171 saylı  məktəbin 9-cu sinfində təhsil alan Mustafayev Muxtarın ifasında maraqlı çıxışlar olub. Muxtar bədii qiraət sahəsində də öz bacarıqlarını nümayiş etdirib.

Qeyd edək ki, hər bir uşağın inkişafı, xoşbəxtliyi üçün ailə dəyərlərini, ailə mühitini zəruri hesab edən, valideyn himayəsindən məhrum olmuş uşaqlara məhz ailə əsaslı qayğı modeli təklif edən  “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası bu bayrama xüsusi önəm verir və hər il ictimaiyyətin diqqətini buna yönəltmək məqsədilə tədbirlər həyata keçirir.

Tədbir iştirakçıları həmçinin, “Bakcell stars” layihəsində  keçirilən  sms kampaniyası zamanı Bakcell abunəçilərinin göndərdikləri qısa mesajlar nəticəsində toplanmış vəsaitin necə sərf edildiyini, məhz bu dəstəyin sayəsində oxumaq, oynamaq öyrənmiş uşaqların hansı nailiyyətlər əldə etdiklərinə özləri əmin olublar.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası fürsətdən istifadə edərək, “Bakcell stars” kampaniyasını həyata keçirən Bakcell şirkətinə, bu kampaniyada iştirak edən hər bir abunəçiyə və uşaqların inkişafına verdiyi töhfənin bəhrəsini əyani şəkildə görə bilmələri üçün tədbirdə iştirak edən hər kəsə öz dərin təşəkkürünü bildirib.

“SOS Uşaq Kəndləri -Azərbaycan” Assosiasiyası olaraq valideyn himayəsindən məhrum uşaqların hərtərəfli inkişafında iştirak edən, bu işdə bizə kömək edən hər bir quruma, hər bir fərdə minnətdarıq” – deyə assosiasiyadan bildirilib.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi