Modern.az

Balakəndə BİABIRÇILIQ: 12 yaşlı qız anasının sevgilisindən hamilə qaldı

Balakəndə BİABIRÇILIQ: 12 yaşlı qız anasının sevgilisindən hamilə qaldı

Hadisə

26 Avqust 2017, 12:33

Xəbər verildiyi kimi  Balakəndə 12 yaşlı qız hamilə qalıb.

 

Modern.az xəbər verir ki, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib (lent.az). 
 

Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib.
 

Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.
 

Balakən rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir:

 

“Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub  və barəsində həbs qətimkam tədbirləri görüləcək.

 

Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!