Modern.az

Tiflisdə polis müxalifətin mitinqini belə dağıtdı (VİDEO)

Tiflisdə polis müxalifətin mitinqini belə dağıtdı (VİDEO)

Reportaj

26 May 2011, 11:38

Tiflisdə sabiq spiker Nino Burcanadzenin rəhbərliyi ilə hökumət əleyhinə şüarlarla çıxış edən 3 minədək etirazçı mitinqin ötən gecə dağıdıldı.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2 nəfər ölüb. Onlar müxalifət liderlərindən birinin maşının altında qalıblar. Gürcüstan DİN-in şöbə rəisi Şota Utiaşvili bildirib ki, ölənlər polis Vladimir Masxuraşvili və keçmiş polis işçisi Nodar Tsxadadzedir.

Qara maskalı xüsusi təyinatlı polislər aksiyanı dağıdarkən rezin güllələrdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər. Cəmi 15 dəqiqəyə meydan tamamilə boşaldılıb.




Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!