Modern.az

Western Union şirkəti Azərbaycandakı müştərilərini həvəsləndirəcək

Western Union şirkəti  Azərbaycandakı müştərilərini həvəsləndirəcək

26 May 2011, 11:53

Pul köçürmələri və ödəniş xidmətləri üzrə dünya lideri olan Western Union şirkəti (NYSE: WU), “Bəli! Mən öz dostlarımı gətirib mükafatlar qazana bilərəm” adlı yeni aksiyaya başlayıb. Müştərilər 2011 il iyulun 15-nə kimi lotereyada mükafat uda və Western Union şirkətindən qiymətli hədiyyələr qazana bilərlər. Bu yolla Western Union şirkəti etibarlılıq və loyallıq göstərdikləri üçün öz müştərilərinə minnətdarlığını bildirir.

Şirkətdən Modern.az-a verilən məlumata görə, aksiyada iştirak edən tərəfdaş bankların bölmələri vasitəsilə Azərbaycanda pul köçürümələri edən, yaxud pul alan hər bir  Western Union müştərisinə üstündə möhür üçün yer olan iki ədəd kupon verilir. Birinci kupon loteryada iştirak üçün nəzərdə tutulub.  Aksiya ərzində iki loteraya təşkil ediləcəkdir ki, hər birində 10 ədəd 1000 manatlıq mükafat oynanılacaq. Pul mükafatların oynanılması iyunun 15-də və 27-də olacaq.

İkinci kupona isə hər dəfə pul köçürərkən yaxud pul alarkən möhür vurulacaq. Kuponun üstündəki iki möhürə görə fotoçərçivə, beş möhür üçünsə pul kissəsi (portmone) almaq olar. Hədiyyə qazanmaq şansını artırmaq üçün müştərilər Western Union şirkətinin xidmətlərindən istifadə edəcək dostunu yaxud tanışını gətirə bilərlər. Bu yolla hətta transaksiya etmədən belə kuponuna əlavə möhür vurdurmaq olar.

Aksiyanın digər şərtləri və kuponların əldə edilməsi ilə bağlı daha ətraflı məlumatı aksiyada iştriak edən Western Union xidmət məntəqələrindən əldə etmək olar.

Western Union (NYSE: WU) şirkəti ödəniş xidmətləri üzrə dünya bazarında liderlərdən biridir. Vigo, Orlandi Valuta, Pago Facil kimi pul köçürmə sistemləri ilə yanaşı Western Union-un hüquqi şəxslərə xidmətlərin göstərilməsi üzrə ixtisaslaşan bölməsi də var (Western Union Business Solutions). Western Union istehlakçılara bütün dünya üzrə sürətli, etibarlı və rahat şəkildə pul köçürmələrini həyata keçməyi təklif edir.  Western Union, Vigo və Orlandi Valuta qlobal şəbəkəsinin dünyanın 200-dən çox ölkəsində və ərazisində 445 mindən yuxarı xidmət məntəqəsi var. 2010-cu ildə Western Union bütün dünya üzrə fiziki şəxslər arasında ümumi dəyəri 76 milyard dollar olan 214 milyon maliyyə əməliyyatı həyata keçirib. Şirkət həmçinin fiziki və hüquqi şəxslər arasında 405 milyon pul köçürməsini reallaşdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi