Modern.az

Məhbus qadınlar...

Məhbus qadınlar...

26 May 2011, 13:51


“...Uzun sürən  istintaq dindirilmələrindən,  şəxsi əşyalarımızın dəfələrlə yoxlanılmasındandan,  əl-barmaq izlərimizi götürüldükdən sonra bizi  yük vaqonlarına doldurdular. Vaqonlara “NKVD” (keçmiş Xalq Daxili İşlər Komisarlığı) işçiləri doluşdular. Onlar çox idilər. Onların içərisində bir nəfər  zəhmi ilə xeyli fərqlənirdi və bizə qışqıraraq dedi: “Beləliklə, siz Vətən xainlərinin ailə üzvü kimi məhkum olunmusunuz. Xalq siz omayanda daha rahat nəfəs alacaq. Sizin uşaqlarınız da sizdən imtina edib, ərləriniz güllələnib”.
Eşitdiyimiz sözlər  ürəyimizi üşütdü, göz yaşlarımızı saxlaya bilməyib hamımız ağlayırdıq. Əlimizdən nə gəlirdi ki... Lakin hamımıza üz vermiş eyni dərd və bəla biz anaları, məhkumları bir ailə kimi bərkitdi, möhkəm etdi. Biz  qadınların ayrıldığımız vətənimizdə, evimizdə övladlarımız, doğmalarımız qalmışdı. Ümid edirdik ki, bir gün haqq- ədalət qalib gələcək”.
Bu sətirlər 1937-ci ilin payızında Krasnoluçinsk şəhər komitəsinin katibi işləyən Ançis Məryəm Lazarevnanın xatirələrindəndir.

“...Mənin həyat yoldaşım rəhbər işçi idi, özüm isə tələbə. Ərim həbs olunandan sonra, dalımça gəlib dedilər ki, məni onunla görüşə aparırlar. Mən də ən gözəl paltarlarımı geyinib, bəzənərək, ərim üçün də  pay tədarükü görüb, sevinə-sevinə bir neçə konvoyun müşaiyəti ilə evdən çıxdım. Lakin ərimlə görüşmədim.... Səs-küy olmasın deyə məni aldadaraq evdən çıxarmışdılar. Bizi taxtadan tikilən qutu vaqonlara doldurub naməlum istiqamətdə apardılar. Bir vaqonda 200-300 qadın və körpə uşaqlarla uzun zaman yol getdik...
Bir gün mən növbəti dəfə dindirmədən sonra saxlandığımız kameraya qayıdarkən  dəhlizdə təsadüfən ərimlə rastlaşdım. Hər ikimiz dəli kimi qışqırmağa başladıq. Konvoylar əllərindəki tüfəngin toxmağı ilə bizim ikimizi də al qana buladılar...” –deyə Qazaxıstanın Akmol  qəsəbəsindəkı düşərgədə çəza çəkən Qalina Stepanovna öz xatirələrində yazıb...

“ALJİR” - “Akmolinskiy Laqer Jen İzmennikov rodinı”
(Vətən Xainlərinin Qadınlarının Düşərgəsi)

ALJİR-də anası çəza çəkən və bütün olanları üşaq yaddaşından poza bilməyən  Saule Kojaxmetova isə həmin  illəri belə xatırlayır:
“Atamı 1937-ci ildə  həbs etdilər. Yadımdadır, atamın həbsindən sonra bizi anamla bir zirzəmiyə saldılar. Orada çoxlu qadın və üşaq  var idi. Onlar hamısı ağlayırdı.  Sonra anaları uşaqlarından ayırdılar. Mən Başqırdıstana – 5 saylı  uşaq evinə düşdüm. Anam isə Karlaqda (Qazaxıstandakı Karaqanda düşərgəsi qısa olaraq belə adlanırdı)  26-cı nöqtədə  çəza çəkirdi.  O, məni hər yerdə axtarmışdı.  Nəhayət ki, 1944-cü ildə tapdı. Uşaq evinin direktoru rəhmli adam idi. Məni Qazaxıstana gətirdi. Anamın  yaşadığı düşərgəyə. Anamı orda görmədim, dedilər ki, gecə-gündüz tikiş tikməkdən gözləri kor olub, xəstəxanaya yerləşdirilib...” 

Tarixi arayış:

Belə xatirələri olan insanlar isə  yüzlərlədir... 1937-ci ilin 15 avqustundan SSRİ  “NKVD”sinin  verdiyi № 00486  əmrdən sonra  Qazaxıstanın  qumlu və qarlı-şaxtalı səhralarına  1938-ci ilə qədər nə az, nə çox bütün Sovetlər Birliyindən  20 min qadın  həbs edilərək, min bir işgəncə və əzaba məruz qalmaqla sürgün olundu. Günahları isə təkcə o idi ki, guya, “vətən xainləri” adı almış məşhur dövlət və partiya, ictimai xadimlərin arvadları, bacıları və ya qızları idilər. Onlar Vətənə qarşı  etdiyi “çinayətlərdə” birgəlik nümayış etdirmişdilər.
Həbslər Stalinin sevdiyi bir deviz altında həyata keçirilirdi: “İnsan yoxdur, problemi də yoxdur”.  
O qadınların  7 mini Qazaxıstandakı bir düşərgədə günə-gün hesabı çəzalarını çəkmişdilər.  
Onları ən azı 5 il, ən çoxu isə 8-10 il müddətinə cəzaya məhkum etmişdilər. Özlərini də Qazaxıstana İslah əmək düşərgələrinə (İTL)  yollamışdılar ki, “səhvlərini , günahlarını yüsunlar”.  Məhz bu “vətən xainlərinin ailə üzvləri” olan qadınları ( rusca onları “ЧСИР”- “ÇSİR”  adlandırırdılar-- yəni çleni semyi izmennikov rodinı)  yerləşdirmək üçün Akmola qəsəbəsində  “26-cı nöqtə” deyilən  xüsusi ərazi ayrılmışdı.
1937-ci ildən həbs olunan, əvvəlçə yaşadıqları ərazilərin həbsxana və zindanlarında  aylarla zülm və işgəncə cəkən, bəzilərinin  əllərində 1 yaşından 3 yaşına qədər  üşaqları olan  qadınların  ilk etapını taxta vaqonlarda  düşərgəyə 1938-ci ilin yanvarında gətirdilər.  Taxtadan tikilmiş vaqonlarda soyuq  Şimali Qazaxıstan çöllərində heç nəylə qızınmaq mümkün olmurdu. Qadınlar bir-birinə sığına-sığına, min bir əzabla getdikləri yolun harada sonuclanacağından xəbərsiz idilər. Gündə iki dəfə olmaqla müxtəlif stansiyalarda qatarlar dayanır,  çox vaxt isə heç qapılarını da açmırdılar. Bəzən hamilə qadınların bətnindəki üşaqlar tələf olduqda,  onlar qanaxmadan və soyuqdan elə yoldaca ölürdülər, çoxları da uzaq və soyuq yolun yolçuluğuna dözməyib çanlarını tapşırırdılar. Açlıq və sussuzluq da bir tərəfdən öldürürdü bu ziyalı, bəy xanımları olan analar, qadınları... Onları öldürən bir də o idi ki, övladlarını əllərindən alıb, ac-susuz  başqa vaqonlarda aparırdılar. Qadınlar isə çox vaxt onlara verilən çörək paylarını yeməyib, insaflı əsgərlərin vasitəsi ilə uşaqlarına ötürürdülər.

“ALJİR”  Siyasi repressiyalar və Totalitarizm Memorial Kompleksinin  direktor müavini Şolpan Smayılova deyir ki, indi  ətrafı abadlaşan, insanlar yaşayan bu yerlər əvvəllər bataqlıq və qumluq olub. Etapın ilk günlərində 1937-ci ildən başlayaraq,  yanvardan fevrala qədər təkçə Butir türməsindən buraya 1600 qadın gətirilib.  Daha sonra isə Moskva, Leninqrad, Ukraina, Gürcüstan, Azərbaycan, Ermənistan və Mərkəzi Asiya Respublikalarından 20 min qadın gətirilib. Bu 20 min qadın burada müyyən qədər saxlanldlqdan sonra Karlaq  (Karaqanda düşərgəsi), Siblaq (Sibir düşərgəsi), Temlaq (Temrtau düşərgəsi) ərazilərinə bölünürdülər. Deyilənlərə görə, belə düşərgələrin sayı təkcə Qazaxıstanda  17 ədəd olub.  
Gətirilən qadınların içərisində azərbaycanlılar da az deyildi. Muzey əməkdaşının bu gün əlində olan sənədlərə görə, azərbaycandan olan qadınların sayı 44 göstərilir. Ancaq  burada Memorial kompleksin ətrafındakı  qara daş mərmərlərin üzərində azərbaycanlı  soyadı ilə xeyli qadının adı yazılıb.
Əfsuslar olsun ki, bizim azərbaycandan buraya sürgün edilən xanim qadınlarımız haqqında muzeydə 1 dənə də olsun şəkil və ya sənəd yoxdur, heç həmin qadınların  həyaından bəhs edən xatirə kitabında da bir dənə də olsun azərbaycanlı qadının adına rast gəlinmir. Muzey əməkdaşı deyir ki, dəfələrlə Azərbaycanın aidiyyatı orqanlarına belə müraciətlər etsələr də, indiyə kimi, onlara bir müjdə verən olmayıb.
Daha sonra  Solpan  Smayılova  bunları danışır:

“Düşərgədə ilk günlərdə  samandan hazırlanmış bir neçə “barak” (bu taxta  və ya samandan tikilmiş otaq deməkdir) var idi. Ərazi isə tikanlı məftillərlə dövrəyə alınmışdı. Onları  növbə ilə Stalinin əsgərləri qoruyurdu.  Qadınların  düşərgəyə gətirilməsi hər gün böyük miqyas alırdı deyə, “NKVD” rəhbərliyindən alınan sərəncama görə, elə bu  38-45 dərəcə şaxtalı havalarda, ən kəskin istilərdə  qadınların özlərinə yatmaq və qalmaq yeri  olan barakları tikdirirdilər. Barakları tikməlk üçün isə buradakı bataqlıqda bitən qamışlardan istifadə edirdilər”.

Yalnız, yazmaq, oxumaq, ziyalı məclislərini bəzəmək, xanımlıq etmək  üçün dünyaya gəlmiş bu xanımlarla tale yaman ağır oyun oynamışdı. Onların inçə göyərçin əlləri, inçə barmaqları, zərif dəriləri bu şaxtalar və söyuqlarda, qızmar istilərdə qul əməyi ilə əzilmək məcburiyyərtində qalmışdı.

Onların nə döşəyi, nə yorğanı var idi. Döşəkləri  quru saman əvəz edirdi. Otaqları isitmək üçün də çoxlarımızın bataqlıqlarda  görüb bəyənmədiyimiz qamışları yandıraraq isidirdilər. Qamış onların yanaçaq, istilik mənbəyi idi. Lakin nə qədər çalışsalar da,  qamış evlərdəki istilik 6-8 dərəcədən yuxarı qalxmırdı.

 “ALJİR” muzeyi.... və tükənməyən əzablar ...

Bura qədər danışdıqlarımızın hamısı haqqında “ALJİR” muzeyində əyani vasitələr də var. Muzeydə həmin illərdən qalmış istintaq təçridxanasının qapısı, qadınların aldadılaraq evdən çıxarkən son dəfə geyindikləri təzə, bərli-bəzəkli paltarları, ayaqqabıları, uşaqların analarına, anaların ailələrinə məktubları, düşərgədə yaşamağa başlayandan sonra işlədilən əmək alətləri, tikiş maşını,  səhnələşdirilmiş istintaq otaqları, otaqlardakı istintaqçılarin maketi, Stalin rejimin  qırmızı güşəsi,  yaşıl örtüklü istintaqçı masası, Leninin, Engelsin kitabları... Və bir də ki, istintaq otağının divarında qırmızı parçada sarı hərflərlə yazılmış  “Za Rodinu, za Stalina” (Vətən üçün, Stalin üçün) sözləri... Daha nələr.., nələr....

Bu muzeyə sakit başla, həyəcansız baxmaq çətindir. Muzeyin ətrafında qara mərmər  lövhələrdə son gününə kimi  burada çəza çəkən 62 millətin nümayəndəsindən olan  7 min qadının adı həkk olunub. Qadınları məbus qatarlarında buraya gətirən o taxta vaqonlardan biri də o illərin və dəhşətlərin şahididir. Heyf ki, danışa bilmir. Danışsaydı aylarla vaqonlarda qışın soyuğunda, yayın istisində yol gələn qadınlar haqqında nələri deməzdi ki...

Muzeyin əməkdaşı Şolpan Smayilova onu da deyir ki, 2007-ci ildə hasilə gələn bu muzeyi tikməyə başlayarkən, bu əraziyə gətirilən texnikalar sınıb sıradan çıxır, tikilən divarlar uçurmuş. Bir neçə həftə ərzində burada işləmək istəyənlərin işi ilişib qalır. Layihəni heç cürə başlamaq olmur. Bu zaman qəsəbənin yaxınlığında yaşayan bir nəfər ağsaqqal məsləhət görür ki, burada ölənlərin ruhuna dualar oxunmalı və qurban kəsilərək, ehsan verilməlidir. Və yalnız bu ayinlər yerinə yetirildikidən sonra, tikintinı başlamaq mümkün olur.

“Vətən xainləri”

Bu düşərgəyə sürgün edilənlər,  nəinki insanlıq siyahısından, sənətindən, peşəsindən, soyadından, milliyəti və vətəndaşlığından da imtina etməli idi. Onların bir adı var idi: “vətən xaini”.
Onları adları, soyadları ilə yox əyinlərinə geydikləri iş paltarının arxa və ön hissəsinə tikilmış  nömrələri ilə çağırırdılar. Düşərgədə ilk iki il çox ağır keçirmiş.  Bu zərif qadınlar traktor sürməyi öyrənir, yer belləyir, bağ salırlardılar. Heyvandarlıq və əkinçilik təsərrüfatı yaradırdılar. Üç il ərzində Akmol qəsəbəsi qabaqçıl kolxozlardan birinə çevrilib.
Düşərgədə çəza çəkən qadınlardan birinin xatirəsindən:
“... Bizə alma bağı salmağı tapşırıblar. Kiçik  pöhrələri yerə basdırdıq. 1-2 gündən sonra xəbər çıxdı ki,  dövşanlar gəlib pöhrələri yeyirlər. Və düşrgənin komandanlığı bizi sıraya düzüb dedi: “Bu gecədən etibarən əkdiyiniz pöhrələrin birinə belə dövşanlar ziyan vurarsa, sizi güllələyəcəyik”. Biz qadınlar,  yığışıb belə qərara gəldik ki, pöhrələr özünü tutana qədər bizə verilən bir dilim çörək normasının yarısını alma pöhrələrinin dibinə qoyaq. Və bundan sonra çörəyə öyrəşən dövşanlar almalara dəymədilər...”.

Bu qədər çətinliklərdən keçən  “vətən xainlərinin ailə üzvləri” olan qadınların həyatına nisbətən yüngüllük 1939-cu ilin mayında  gəlir. Yəni həmin aydan etibarən  “vətən xainlərinin ailə üzvləri”  siyahısını Stalinin “QULAQ” ailələri haqqında verdiyi əmr əvəz edir. Bu düşərgədən qadınları xüsusi rejimli  ümumi  düşərgəyə köçürürlər. Onların yatdığı baraklarda isə eyni əziyyəti görmək üçün “QULAQ” ailəsindən olan qadınlar gətirilir. 
Bilməyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, Stalinin qayda qanununa və rejiminə görə, varlı bəy və xan ailələri, həbs edilərək, var dövlətləri əllərindən alınır, özlərinə isə “QULAQ” damğası vurularaq sürgün edilirdilər.
Stalinin həmin əmri o deməkl idi ki, artıq dövlət xadimlərinin, ziyalıların, məşhurların  ailə üzvləri olmuş xanım  məhbuslar bundan sonra ailə üzvlərinə məktub yaza, ərləri, qardaşları, ataları  haqqında kiçik də olsa məlumat əldə edə biləcəkdilər.  Duru sıyıq, balanda, qara çörəkdən olan yemək  nörmaları bir az artırılmış, ayda bir dəfə isə ət yemək imkanına malik idilər.


K.Maltseva adlı bir  məhbus qadın isə  xatirələrində yazırdı: “...Hər şeydən əvvəl biz əllərimizlə və bel ilə 18 hektar torpağı şumladıq, sonra tərəvəzlər əkdik. Mən  suçu  briqadir idim. Hər səhər saat 4-də yuxudan  oyanıb, gecədən xeyli ötmüş qayıdırdım. Bostanlarda 14-15 saat fasiləsiz olaraq işləyirdik. Tərəvəzlər yetişəndə isə  gizlincə oğurlaya bildiyimiz kök, pomidor və digər bitkilərdən baraklarda bizi gözləyən uşaqlar və xəstələr üçün gətirirdik...”.

Üzlərindən gözəllik və zəriflik işığını bu qədər əzablar da çox vaxt silə bilmirdi. Və bu gücsüz, talesiz xanımlar Stalinə xidmət edən əsgərlərin şəhvət və iyrənc ehtiraslarının da qurbanı olurdular. Həmin bu düşərgədə ataları bəlli olmayan 1507 uşaq da dünyaya gəlmişdi. Həmin uşaqlardan biri öz xatirələrində yazır:
“... Mən həmişə anamdan atam haqqında soruşurdum. O deyirdi ki, həlak olub. Deyirdim şəklini göstər... Cavabı bu olurdu: müharibədə bütün sənədlərinizlə birlikdə şəkillər də itib. Lakin böyüyəndən sonra bildim ki, mən zordan, qorxudan, vəhşi ehtirasdan yaranan bir insanam. İndi özümdən qorxuram, Mən kiməm axı..?!”.

Qul kimi  işgəncələrə məruz qalaraq istismar edilən bu  məhbus qadınlarin tam dəqiq olmayan hesablamalara görəŞ 10 mini təkcə 1940-1950-ci illərdə öldü. Ölənlərin tam sayını isə hesablaya bilməyiblər. Həmin əzablı günləri görən xanım qadınlardan birinin oğlu İvan İvanoviç Şarfı hələ kiçik yaşlarında ikən  Qazaxıstanda yaşayan ailələrdən biri götürərərk, himayədarlıq edir. 
İllər keçəndən sonra  biznes sahəsində uğur qazanan  İvan Şarf bir zamanlar anasının və anası kimi yüzlərlə insanın əziyyət çəkdiyi Akmol çöllərini abadlaşdırmaq  istəyir. Ərzidəki  gölü - bataqlıqı qurutmaq istəyəndə isə  fəhlələr burada saysız-hhesabsız  insan sümüklərindən ibarət  bir mənzərə ilə qarşılaşırlar. İvan Şarf  həmin yerı hasara alaraq, yaxınlıqdakı ərazidə olan qəbirlərlə birlikdə tarixə şahid saxlamaq istəyir. İndi “ALJİR” muzeyinə gələnlərin axtarıb tamadıqları anaları, bacıları, nənələri, bibi və xalalarının bu ümumi qəbristanlıqda olduğuna da  kiçicik də olsa, umid edə bilirlər.


Ümumilikdə bu düşərgədə əzab-əziyyətlərdən keçən 20 mindən artıq qadının əksəriyyətinin taleyi blinməyir. Qazaxıstan dövlətinin repressiya qurbanlarını öyrənən qurumlarının hesablamalarına görə isə təkcə Akmola Xüsusi Düşərgəsində, yəni indi “ALJİR” adlanan bu yerdə 7 min  qadın  cəzasıının ilk gündən sonuna qədər oturub.  Çəza müddətinin isə azı 2 il, sonu isə 1937-ci ildən 1953-cü ilə qədər olub. Yalnız 1953-cü ildə  İosif Stalin öləndən sonra, buradakı qadınlar azad olunublar. Bu azadlığın özünün də şərtləri olub. 
Məsələn, ayaqlarına ya qollarına, kürək və ya sinələrinə “38” rəqəmi yazılan qadınlara Sovet İttifaqının 38 şəhərinə gedib-gəlmək, yaşamaq və ya işləmək yasaq idi. Bundan başqa, “vətən xaini” damğası ilə damğalanan bu biçarə xanımları çox vaxt heç, axırıncı dəfə həbs olunaraq çıxdıqları vətənlərində, evlərində belə gözləyən yox idi.  Onlar bəzən doğma yuvalarına qayıdarkən,  özlərinə qarşı soyuq və ögey münasibəti gördükdən sonra, kor-peşiman yenidən Qazaxıstana, bir zamanlar min bir əzablarla gəldikləri, illər uzunu buradan qurtulmaq arzusu ilə yaşadıqları xatirələrinə əlvida dedikləri halda, yenidən  həmin yerlərə qayidirdilar. Vətəndə kimsəyə gərək deyildilər.
Və yaxud da 1933-cü ildə azadlığa çıxanları həmən evlərinə yox, Sibirə də göndərirdilər. Çoxlarına isə deyirdilər ki, artıq doğmaları onlardan imtina ediblər.

 P.S. Əfsuslar olsun ki, 15 respublikanın əksəriyyətindən “ALJİR”ə sürgün olunan qadınlar haqqında  məlumatlar olduğu halda, azərbaycanlı qadınlar haqqında natamam ünvanlar və 44 nəfərin adından başqa heç nə yoxdur. Muzeyin əməkdaşları bütün Azərbaycan xalqına müraciət edərək bildirirlər ki, bu siyahıda adları olan qadınlarin haqqında qohum-əqrabaları nəsə bilirlərs,ə muzeylə əlaqə yaratsınlar. Ən kiçik sənəd və ya əşya belə bu müzey üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Və ən başlıcası odur ki, burada azərbaycanlı qadınların da güşəsi açılar və onların da şəkilləri, keçdikləri həyat haqqında müzeyin divarlarında yer ala bilər. Çünki bu tarixdir, ömrümüzdən və həyatımızdan silməyə  bizə haqq verməyən tarix. Unutmayaq ki, unutsaq, unudularıq.  

44 azərbaycanlı  əzabkeş məhbus qadının adı olan bu siyahını diqqətlə oxuyun, bəlkə kimisə, tanıyırsınız. Çünki  1937-ci illərin repressiya qara küləyi  bütün Sovetlər Birliyinin və eləcə də azərbaycanlıların qapısını döyüb.

Muzey əməkdaşlarının xahişini nəzərə alib , muzey əməkdaşlarının ünvanını oxucuların diqqətinə çatdırıram: 
Республика Казахстан, г.Астана , Акмолинская область, Целиноградский район, а.Акмол. индекс: 021800.
ГККП "Музейно-мемориальный комплекс жертв политических репрессий и тоталитаризма "АЛЖИР"
telefonlar: +7701 461 58 11, + 77172 48-43-91,  +77172 48-43-92

E mail ünvan:  [email protected]   Şolpan Smayilova – muzeyin direktor müavini.

Və bir də ki, mən, Aida Eyvazli,  “Azərbaycan Teleradio Verilişləri  Şİrkətləri” QSC-nin Qazaxıstan və Mərkəzi Asiya  Respublikaları üzrə xüsusi müxbiri                                                                                    [email protected]  

Qara siyahı

1.Abdullayeva Mirnuriyə İbrahimovna, 1909-cu il, Göyçay şəhəri, azərbaycanlı, ÇSİR(VXAÜ) (члены семьи изменника родины --  vətən xainlərinin ailə üzvləri ) 09.12.1937-ci ildə ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə İƏM (İslah Əmək Düşərgəsinə) göndərilməklə həbs olunub.  Akmola düşərgəsinə Bakıının Bayıl türməsindən gətirilib.  24.10-1945-ci ildə azad olub.

2. Əliyeva  Kənizə İmaməli qızı, 1920-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulub. Bakıda Kirov rayonu, bina 51, mən.28-də yaşayıb. SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  29.05.1938-ci il ildə ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Seqejalqadan  Karlaqa  20.08.1941-ci ildə gətirilib.  13.04.1946-cı ildə azad olub.

3. Əliyeva Məyruhə Süleyman qızı, 1909-cu ildə Azərbaycan SSR-nin Quba şəhərində  doğulub, azərbaycanlı. SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi əsasından   02.02.1938  il ildə  Bakıdan  Akmola Xüsusui Düşərgəsinə gətirilib.  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. ALJİR-də  20.03.1939-cu ilə qədər çəza çəkib. Həmin tarixdə ölüb.

4. Əmrahova Gülruh Bala  qızı azərbaycanlı, 1905-cı ildə Bakıda  Balaxanı kəndində doğulub.   Balaxanıda yaşayıb. SSRİ  NKVD-sinin    Xüsusi Müşavirəsi  şurasının qərarı ilə 09.04.1939-cu ildə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Seqejlaqadan  Karlaqa  20.08.1941-ci ildə gətirilib.  10.12.1945-cı ildə azad olub.

5. Bayramova Ceyran  Şirin qızı, 1896-cı ildə Bakıda doğulub., azərbaycanlı. SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  09.12.37-ci il ildə ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə Bakı türməsindən İƏM-ə göndərilməklə həbs olunub. ALJİR-də  yaşadığı müddət göstərilməyib.  08.09.1945-ci ildə azad olub.

6. Baratzadə-Bədəlova Leyla Əli qızı , 1912-ci ildə Azərbaycan SSR-in Gəncə şəhərində doğulub. Bakı şəhəri, Kapitanskaya küçəsi , ev 216, mən. 17-də yaşayıb. 09.104.1938-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  5 il müddətinə  İƏM-ə göndərilməklə həbs olunub. ALJİR-də  yaşadığı müddət göstərilməyib.  Seqejlaqadan Karlaqa 20.08.1942-ci ildə gətirilib. 26.11.1942-ci uldə -ci ildə azad olub.  

7. Biləndərlı  Səyad Qasım qızı, 1912-ci ildə  Qıraq Kəsəməmdə doğulb,(sənədlərdə  Qıraq Kəsəmən Qazaxıstanın  şəhəri kimi göstərilsə də Qazaxıstanda belə yer yoxdur. Lakin bu səhv məlumatdır. Ən dəqiqi odur ki, Qazax rayonundandır.—A.E.)  azərbaycanlı, SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  09.12.37-ci il ildə ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Akmol Xüsusi düşərgəsinə  02.02.1938-ci  ildə Bakıdan gətirilib.   15.10.1945-ci ildə azad olub.

8. Vəzirova İzzət İzmailovna, 1903-cü ildə Tiflisdə doğulub, azərbaycanlı. SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  02.02.1938.-ci il ildə ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə İƏM-ə göndərilməklə həbs olunub. Karlaqa Bakı şəhərinin Bayıl türməsindən gətirilib. Akmol Xüsusi düşərgəsinə olduğu müddət məlum deyil.   Karlaqdan 11.10.1945-ci ildə azad olunub. 

9. Həmzəyeva Həvva Bəyim qızı, 1991-ci ildə anadan olub. Azərbaycanlı. Azərbaycan SSR-in Kirovabad şəhəri. Bakıda Mustafa Sübhi küçəsində yaşayıb.  23.08.1938-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  5 il müddətinə  İƏM-ə göndərilməklə həbs olunub. ALJİR-də  yaşadığı müddət göstərilməyib.  Seqejlaqadan Karlaqa 20.08.1941-ci ildə gətirilib.    11.07.1943-cü uldə -ci ildə azad olub.  

10. Hüseynova Tamara Fətəliyevna, 1902-ci ildə Bakı şəhərində doğulub, azərbaycanlı. Moskvada  şəhərində Pokrovskiy bulvar, bina 145 mən.1-də yaşayıb.   29.05.1938-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum edilib. ALJİR-də  yaşadığı müddət göstərilməyib.  Seqejlaqadan Karlaqa 20.08.1941-ci ildə gətirilib.    01.07.1945-ci ildə azad olub.  

11. Hüseynova Şövkət Mirzəli  qızı, 1907-ci ildə Azərbaycan SSR-in Korovabad şəhərində doğulub.  09.12.37--ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum edilib. ALJİR-də  yaşadığı müddət göstərilməyib.  Karlaqdan     15.10.1945-ci ildə azad olub.  

12. Hüseynova Əminə Məmmədşəfi qızı, azərbaycanlı,  1912-ci ildə doğulub. Bakı şəhəri, Zaqorodnaya küçəsi,bina184, mən35-də yaşayib. O9.12.1937-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə həbs olunub.   02.02.1938-ci ildə   Akmol Xüsusi Düşərgəsinə (XD) Bakı həbsxanasından gətirilib.  ALJİR-də  yaşadığı müddət göstərilməyib.   Karlaqdan 15.11.1942-ci  ildə azad olub.  

13. Zeynalova –Nuriyeva Ruavsa Cahangirovna, azərbaycanlı, 1914-cü ildə Kirovabad şəhərində doğulub. 24.06.1937-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  3 il müddətinə  İƏM-ə göndərilməklə həbs olunub. Akmiol XD-nə Tiflis həbsxanasından gətirilib.  10.08.1939-cu ilə kimi  ALJİR-də çəza çəkib. 08.10.1939-cu ildə  Karlaqdan  Arxangel İƏM-nə göndərilib.   

14. İzmayilova Xədicə Məhərrəm qızı, 1905-ci ildə Bakıda doğulub, azərbaycanlı, 09.12.1937-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  5 il müddətinə  İƏM-ə göndərilməklə həbs olunub. Karlaqa 11.07.1939-cu ildə gətirilib.   14.10.1945-ci  ildə azad olub.  

15. İsazadə Suğra  Rəhim qızı, 1903-cü ildə İranın  Ərdəbil şəhərində  doğulub,  azərbaycanlı,  09.12.1937- ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  5 il müddətinə  İƏM-ə göndərilməklə həbs olunub. 03.02.1938-ci ildə Bakı həbsxanasından Akmol XD-nə  gətirilib.   23.09.42-ci  ildə azad olub.  

16. Qarayeva-Səlimxanova Səkinə İcabəy qızı, 1896-ci ildə Bakıda doğulub, azərbaycanlı.  22.02.1938-ci  ildə SSRİ NKVD-nin  Xüsusi Müşavirəsi ilə əksinqilabçı fəaliyyətinə görə 10 il müddətinə cəzasını İƏM-də çəkməklə   məhkum olunub.   25.06.41-ci ildə  Karlaqa Petropavlovskdan etap edilərək gətirilib. Akmol XD-nə gətirilməsi haqında qeydiyyatı var, müddəti göstərilməyib.   Akmol Xüsusi Düşərgəsinə (XD) Bakı həbsxanasından gətirilib.  ALJİR-dən   25.06.43-cü  ildə azad olub.  

17. Qasımova Bibixanım Ağarəhim qızı, 1910-cu ildə Bakıda doğulub. Bakı şəhəri, Doxtorovskiy küçəsi , ev 4-də yaşayıb. 09.04.1938-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  5 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan  Karlaqa  09.04.1938-ci ildə  gətirilib.   21.01.1943-cü  ildə azad olub.  

18. Kərimova Firuzə Əsgər qızı, 1906-ci ildə Azərbaycan SSR Qazax rayonunda doğulub, azərbaycanlı, Bakı şəhəri, Poluxin küçəsi , bina 13, mən 49-da yaşayıb. 09.04.1938-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub.Seqejlaqadan  Karlaqa  20.08.1941-ci ildə  gətirilib.  14.10.1945-ci  ildə azad olub.  

19. Kərimova Həmayil Həsən qızı, 1909-cu ildə Kazan şəhərində doğulub, azərbaycanlı Bakı şəhəri, Suraxanskaya , ev 47 ünvanda yaşayıb. 23.08.1938-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  5 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub.Seqejlaqadan  Karlaqa  20.08.41-ci  ildə  gətirilib.   21.07.1943-cü  ildə azad olub.  

20. Quliyeva Validə Şlal qızı (yəqin ki, Hilaldır –E.A.) 19014-cü ildə Azərbaycan SSR, Şuşa şəhərində doğulub. Bakı şəhəri, sloboda küçəsi, ev 19-da yaşayıb. 09.01.1938-ci ildə   SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  5 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub.Seqejlaqadan  Karlaqa  20.08.41-ci  ildə  gətirilib.   31.03.1943-cü  ildə azad olub.  

21. Qurbanova Ruqiyyə Hənif qızı, 1912(1913) Azərbaycan Respublikası, Qızıl oqal kəndi, Sardena şəhərindən (bu ünvan düzgün yazılmayıb—A.E.)  doğulub. Bakı şəhəri, Kommunist küçəsi, ev 2, mən.27-də yaşayıb.   09.04.1938-ci  ildə   SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub.Seqejlaqadan  Karlaqa  20.08.41-ci  ildə  gətirilib.   31.01.1946-cı  ildə azad olub.  

22. Mədətova Hafizə Yarəli qızı, 1904-cü ildə  Bakıda doğulub, azərbaycanlı. ildə   19.02.1937-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub.    Akmol XD-nə 02.02.1938-ci ildə Bakı həbsxanasından gətirilib. 29.08.46--cı ildə azad olub.  

23. Məmmədova Neynə Rəşid qızı, 1906-ci ildə Azərbaycan SSR Nuxa şəhərində doğulub, azərbaycanlı, Bakıda yaşayıb. 29.05.1938-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. .Seqejlaqadan  Karlaqa  20.08.41-ci  ildə  gətirilib.   09.04.1943-cü  ildə azad olub

24. Məmmədxanova Şövkət İsmayıl qızı, 1903-cü ildə Azərbaycan SSR-in Qiçax Əhmədli kəndidə doğulub, Bakıda yaşayıb. 09.04.1938-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan  Karlaqa  20.08.41-ci  ildə  gətirilib.   09.11.1945-ci  ildə azad olub

25. Mehdiyeva Ziba Abdul əzim qızı, 1910-cu ildə Şuşa şəhərində doğulub. Bakı şəhəri, Lev Tolstoy küçəsində yaşayıb. 09.04.1938-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan  Karlaqa  20.08.41-ci  ildə  gətirilib.   11.11.1945-ci   ildə azad olub

26. Mehdiyeva Setar Hüseyin qızı, 1910-cu ildə  Azərbaycan SSR, Karyakinskdə doğulub, azərbaycanlı. Bakı şəhəri , Puşkin küçəsi, xüsusi evdə yaşayıb.(səənədlərdə bele göstərilib). 09.12.1937-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. Karlaqa  02.02.1938-ci ildə Bakı həbsxanasından gətirilib.  07.12.1946-cı ildə  ildə azad olub.

27. Mehtiyeva Dursun Həmzə qızı, 1907-ci ildə Kirovabad şəhəri , Zeətli kəndində doğulub, azərbaycanlı. 09.12.37-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. Akmol XD-nə  qa  02.02.1938-ci ildə Bakı həbsxanasından gətirilib.  07.12.1946-cı ildə  ildə azad olub.

28. Muradova Səfurə Nəsib qızı, 1902-ci ildə Azərbaycan SSR, Zaqatala şəhərində doğulub, azərbaycanlı. 09.05.1938-ci  ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan  Karlaqa  20.08.41-ci  ildə  gətirilib.   06.01.1946-cı   ildə azad olub.

29. Naibova Məryəm  Əli qızı, 1905-ci ildə Ter vilayətində, Kanqlı aulunda doğulub, azərbaycanlı.  09.12.1937-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə Akmol XD-nə Bakı şəhəri Bayıl türməsindən gətirilib. ALJİR-də saxlanıldığı  müddət göstərilməyib.  Karlaqdan  14.10.1945-ci  ildə azad olub.  

30. Nurməmmədova Fatma Abdul qızı, 1899-cu ildə Şamaxı şəhərində doğulub. Azərbaycanlı. 09.12.37-ci  ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. Akmol XD-nə Bakı şəhəri Bayıl türməsindən gətirilib.  16.09.42-ci   ildə azad olub.  

31. Rzayeva Balabaci Hüseyn qızı, 1902-ci ildə bakıda doğulub.azərbaycanlı, Bakı şəhəri, Kandapol küçəsi, ev 66-da yaşayıb. 09.04.1938-ci ildə SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan  Karlaqa  20.08.41-ci  ildə  gətirilib.   11.11.1945-ci   ildə azad olub

32. Rizayeva Firəngiz Marzayevna, 1901-ci il, İranın Qəzvin şəhərində doğulub. Azərbaycanlı, 07.07.1938-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  5 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 20.08.1941-ci ildə Akmol XD-nə Bakı şəhəri Bayıl türməsindən gətirilib. ALJİR-də saxlanıldığı  müddət göstərilməyib. 23.10.39-cu ildə   Karlaqdan  Tomasinlaqa  gətirilib.  

33. Sadıqova Qeysə Nəsir qızı, 1912-ci ildə Azərbaycan SSR, Şuşa şəhərində doğulub, azərbaycanlı. 09.12.1937-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub.  15.08.1938-ci ilə qədər  ALJİR-də olub.  15.08.1938-ci ildə Mərkəzi Asiya İƏM- nə göndərilib.

34. Salamzadə Fəridə Rəhmanovna, 1910-cu ildə Azərbaycan SSR- Nuxa kəndində doğulub, azərbaycanlı.  09.12.37-ci  ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il  müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1941-ci ildə  Bakı həbsxanasından Karlqa gətirilib.  ALJİR-də saxlandığı  vaxt göstərilməyib. 15.10.1945-ci ildə azad olunub.

35. Soroker- Ağayeva Qulruh Həsən qızı, 1907-ci ildə Bakı şəhərində doğulub, azərbaycanlı. 31.07.1938-ci ildə ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 30.08.1941-ci ildə Akmol XD-nə  Ussuriysk vilayətinin  Voroşilov şəhərindən gətirilib. 29.09.1945-ci ildə  azad olunub.

36. Xəlifəzadə Suriyə Süleyman qızı, 1906-ci ildə Azərbaycan SSR Şuşa şəhərində doğulub, azərbaycanlı.  09.12.1937- ci ildə ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il  müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə  Bakı həbsxanasından  Akmol XD-nə Karlqa gətirilib.  ALJİR-də saxlandığı  vaxt göstərilməyib. 15.10.1945-ci ildə Karlaqdan azad olunub.

37. Xocayeva Sara Rza qızı, 1902-ci ildə Azərbaycan SSR Lənkəran şəhərində doğulub, azərbaycanlı. 09.12.37-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il  müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə  Bakı həbsxanasından  Akmol XD-nə gətirilib.  15.10.1941-ci ildə azad olunub.

38. Şərifova Səyarə Səttar qızı, 1907-ci ildə Bakı şəhərində doğulub, azərbaycanlı, Bakı şəhəri, Aziatskaya küçəsi,ev 78-də yaşayıb. 09.12.37-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il  müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə  Bakı həbsxanasından  Karlaqa gətirilib.   15.10.1941-ci ildə azad olunub.

39. Şükürbəyli Münəvvər Abuş qızı, 1912-ci ildə Azərbaycan SSR, Salyan şəhərində doğulub, azərbaycanlı, Salyan şəhəri, Beriya küçəsi, ev 113-də yaşayıb. 09.04.1938-ci ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan  Karlaqa  20.08.41-ci  ildə  gətirilib.   10.01.1946-cı   ildə azad olunub

40. Eldarova Zara Əmir qızı, 1909-cu ildə Bakıda doğulub,azərbaycanlı.  09.07.1937- ci ildə ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il  müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə  Bakı həbsxanasından  Akmol XD-nə gətirilib. Karlqa gətirilib.  ALJİR-də saxlandığı  vaxt göstərilməyib. 01.07.44-cü ildə Karlaqdan azad olunub.

41. Eminbəyli  Füruzə Məmmədtağı qızı, 1905-ci ildə  Azərbaycan SSR, Kirovabad şəhərində doğulub, azərbaycanlı. 09.12.1937-ci  ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il  müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 02.02.1938-ci ildə  Bakı həbsxanasından  Akmol XD-nə gətirilib.   ALJİR-də saxlandığı  vaxt göstərilməyib. 17.10.1945-ci ildə Karlaqdan azad olunub

42. Əfəndiyeva Əsmət Əhməd qızı, 1912-cim ildə Azərbaycan SSR, Qazax rayonunda doğulub,azərbaycanlı,.  28.12.1937-ci  ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  5 il  müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 21.04.1938-ci  ildə  Bakı həbsxanasından  Akmol XD-nə gətirilib. 29.12.1942-ci ildə  azad olunub

43. Eyyubova Sənubər Nəsibovna, 1905-ci ildə Azərbaycan SSR,  Qazax rayonunda doğulub, azərbaycanlı, Bakı şəhəri  Kiçik Qala küçəsi (М-Крепостная) ev, 14-də yaşayıb. 29.05.1938-ci  ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. Seqejlaqadan  Karlaqa  20.08.1941-ci  ildə  gətirilib.   20.07.1945-cı   ildə azad olunub

44. Yusifova Ayişə Osman qızı, 1892-ci ildə, Azərbaycan SSR, Akstafa rayonu, Daş salahlı kəndində doğulub, azərbaycanlı. 28.06.1938-ci  ildə  SSRİ  NKVD-sinin  Xüsusi Müşavirəsi ilə  ÇSİR (VXAÜ) olaraq  8 il  müddətinə  İƏM-ə göndərilməklə məhkum olunub. 21.04.1938-ci  ildə  Tiflisdən  Akmol XD-nə gətirilib.  05.07.1943- cü ildə  azad olunub

Astanadan
Modern.az üçün

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!