Modern.az

ADU-nun müəllimləri mükafatlandırıldı (FOTO)

ADU-nun müəllimləri mükafatlandırıldı (FOTO)

Mədəni̇yyət

26 May 2011, 17:12


Fevralın 16-da Azərbaycan Dillər Universitetində (ADU) start götürən alman dili müəllimlərinin dil bacarıqlarının artırılması ilə bağlı keçirilən təkmilləşdirmə seminarları başa çatıb. Bununla bağlı mayın 26-da  Alman dili fakültəsində tədbir keçirilib. Alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanova bildirib ki,  Almaniyanın Heydelberq Universitetinin professoru Robert Şmitt-Brandtın  apardığı seminarlarda 18 müəllim iştirak edib. 
Onun sözlərinə görə, seminarlarda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının 4, Xarici dillərin tədrisi metodikası kafedrasının 3, Praktik alman dili kafedrasının 7, Alman dilinin fonetikası, qrammatikası və dil tarixi kafedrasının 2 müəllimi iştirak edib.  “Xarici dilin tədrisinin ilkin metodları”, “Öyrənmə dəyişkənliyi”, “Universal öyrənmə (beyin mərkəzləri)”, “İnsanlarda dilin inkişafı”, “Uşaqlarda dilin inkişafı prosesi (ilkin dil bacarıqları)”, “Yetkin insanlarda dilin inkişafı (ikinci dil bacarıqları)”, “Xarici dilin tədrisinin müasir metodları”, “Tərcümə və tərcümə prosesi”, “Standard dillər və dialektlər”, “Ölkəşünaslıq”, “Dil və yazı” və “Dil , ruh və mədəniyyət” mövzularını əhatə edən alman dili müəllimlərinin təkmilləşmə seminarları 12 həftə davam edib.   

Eyni zamanda seminarlarda fonem və mətn dilçiliyi, dilçiliyin bütün problemlərinin metodik aspektdə şərhi, fərdi elmi yaradıcılığla bağlı müzakirələr də aparılıb.

Sonda seminarda iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub. Fakültənin dekanı U. Aslanova Almaniyanın Heydelberq Universitetinin professoru Robert Şmitt-Brandta Bakının mənzərəsi həkk olunmuş suvenir hədiyyə edib.

Onu da qeyd edək ki, Robert Şmitt-Brandt ADU-nun Alman dili fakültəsində əsas fənn müəllimi kimi də çalışıb. Belə ki, professor  IV kursda  təhsil alan  tələbələrə əsas dil fənnindən  bir semestr ərzində dərs deyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar