Modern.az

Deputatlar hərbi hissədə olublar (FOTOLAR)

Deputatlar hərbi hissədə olublar (FOTOLAR)

Parlament

26 May 2011, 18:13

Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə bir qrup millət vəkili 28 May Respublika Günü münasibəti ilə Tovuz rayonunun Ermənistanla sərhədində yerləşən hərbi hissədə əsgərlər və zabitlərlə görüşüblər. Millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı və Sahib Alıyev hərbçilər qarşısında çıxış edərək xidmətlərində nümunəvi olmağı, Azərbaycanın qəhrəman oğul və qızlarını özlərinə nümunə götürərək onlara bənzəməyi tövsiyə ediblər.
Q.Paşayeva qeyd edib ki, bu bayram günlərində sərhəddə, səngərlərdə xidmət edən hərbçilərin yanında olmağı özlərinə borc bilirlər. Millət vəkilləri xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər. Tədbir konsert proqramı ilə davam edib.

 

 

 

 

 

 



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü