Modern.az

Jurnlaist-deputatın kitabı təqdim olundu (FOTOSESSİYA)

Jurnlaist-deputatın kitabı təqdim olundu (FOTOSESSİYA)

26 May 2011, 20:09

Bu gün Bakı Əyləncə Mərkəzində millət vəkili Elmira Axundovanın  “Druzey moix prekrasnıe çеrtı...” kitabının təqdimatı keçirilib. Modern.az saytı xəbər verir ki, təqdimat mərasimində Yazıçılar Birliyinin rəhbərliyi, millət vəkilləri, dövlət-hökümət nümayəndələri  və jurnalistlər iştrak ediblər. Təqdimat mərasimində giriş sözü ilə  çıxış edən AYB-nin sədri Anar Rzayev E.Axundovanı 1500 yazıçın adından ad günü münasibəti ilə təbrik edib.

Daha sonra Prezident Admistrasiyasının şöbə müdru Elnur Aslanov çıxış edərək Elmira xanımı bütün PA-nın kollektivi  adından təbrik edib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, yazıçı Gülruh Əlibəyli, modelyer Fəxriyə Xələfova çıxış edərək Elmira Axundovanı kitabının təqdimatı və ad günü  münasibəti ilə təbrik ediblər.

Elmira Axundova isə onun yardaıcılığın həssaslıqla yanaşdığlarına görə tədbir iştirakçılarına minnətdarlığını bildirib. O, kitabın qeyri-adi nəşr olduğunu, orada bədii əsərlərə böyük yer verildiyini deyib. “Yeddi il ərzində publisistika janrında ən əziz , özümə yaxın bildiyim adamlar haqqında ədəbi-siyasi partretlər toplanıb”-deyə millət vəkili vurğulayıb.
E.Axundova artıq 11-ci kitabının çapdan çıxmış olduğunu bildirib: “Gələn il mənim şah əsərim olan “Heydər Əliyev şəxsiyyətdir” kitabının 6 cildini oxuculara təqdim edəcəyəm”.

Kitabın niyə rus dilində çap olduğuna gəlincə,  E.Axundova belə cavab verib:
“Mən daha çox rus dilində yazdığım üçün, kitab birinci rus dilində çap olunub, kitabın bir hissəsi vaxtilə Azərbaycan dilində çap olunub və onun tərcüməsi qutaran kimi, azərbaycanca da oxuculara catdırılacaq”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!