Modern.az

Prezident yaşayış binasının açılışında iştirak edib

Prezident yaşayış binasının açılışında iştirak edib

17 Noyabr 2009, 13:03

Noyabrın 17-də Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binası istifadəyə verilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Binanın tikintisinə 2008-ci ildə başlanıb. Obyektin sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Binanın yerləşdiyi ümumi ərazi 3 hektar, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir.

AzərTAc xəbər verir ki, ərazidə məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilib. Bu mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır.

Yaşayış binasının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Binada qazanxana, nasosxana, transformator yarımstansiyası tikilib, mənzillər rabitə, su və qaz xətləri ilə təchiz olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi