Modern.az

Deputatdan şeyxin varisinin oğlu olmasına ETİRAZ

Deputatdan şeyxin varisinin oğlu olmasına ETİRAZ

5 Sentyabr 2017, 14:58

“Əgər inanc və bilgi faktorları ilə müəyyən bir cameə tərəfindən qəbul olunarsa, övlad varis ola bilər”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisi İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin varisi olmasına məsələsinə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, müsəlmanların lideri olmaq üçün müəyyən tələblərə cavab vermək lazımdır.

 

“Hər halda, burada varis söhbətləri fikirmcə, doğru deyil. İnsanlar necə seçim edərlərsə, buna da hörmətlə yanaşılmalıdır”.

 

Qeyd edək ki, Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə isə bildirib ki, şeyxin bir varisi var -  da şeyxin oğlu Məhəmməd Paşazadədir.

 

“Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin şeyxülislamı olsun”.

 

Şeyxin qudası varislik məsələsindən danışarkən şeyxin heç də qocalmadığını diqqətə çatdırıb.

 

“Amma Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq qocaltmısız. Şeyx qoca deyil.  Həmçinin, Şeyxin övladları, nəvələri bir yolla gedir. Onlar da dindar insanlardır”-deyə o bildirib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu