Modern.az

Abel Məhərrəmov: "Bakı Dövlət Unversitetində 8 dekan dəyişdiriləcək"

Abel Məhərrəmov: "Bakı Dövlət Unversitetində 8 dekan dəyişdiriləcək"

27 May 2011, 15:15

Rektor bunu “kadr islahatları” ilə əlaqələndirib

Bakı Dövlət Unversitetinin bu gün keçirləcək iclasında 8 fakültəyə yeni dekan təyin olunacaq. Bu barədə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov məlumat verib. Modern.az parlamentdən xəbər verir ki, rektor bu fakültələrin bəzilərinin adlarını da açıqlayıb. Belə ki, unversitetin hüquq, beynəlxalq hüquq, fizika, sosialoji elmlər və psixologiya, riyaziyyat, kimya fakültələrinə yeni dekanlar rəhbərlik edəcək. 

Abel Məhərərmov BDU-nun 4 prorektorunun vəzifədən çıxarılmasına müxtəlif rənglər verilməsinin əleyhinə çıxıb. Rektor bildirib ki, bu yerdəyişmələr kadr islahatları çərçivəsində həyata keçirilib.
“Onların hər biri unversitetdə müvafiq işlə təmin olunublar”-deyə rektor vurğulayıb.

Millət vəkili yaş məhdudiyyəti ilə bağlı qəbul edilən qanuna da iradlarını bildirib. Onun sözlərinə görə, ali məktəb müəllimləri üçün nəzərdə tutulan yaş kvotası gələcəkdə dəyişdirilə bilər.
“Əgər bu kvota saxlansa, o zaman Bakı Dövlət Unversitetinin professor heyətinin 50 faizdən çoxuna aid edilməldir. Bu isə ciddi problemlər yaradacaq”-deyə A.Məhərrəmov vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır