Modern.az

Bakcell 28 May Respublika Günü ilə bağlı tədbirə sponsorluq edir ®

Bakcell 28 May Respublika Günü ilə bağlı tədbirə sponsorluq edir  ®

27 May 2011, 18:23

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti, böyük məmnuniyyətlə bildirir ki, mayın 28-də şirkətin sponsorluğu ilə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü və Azərbaycanın ilk müstəqil radiostansiyası olan ANS ÇM-in ad gününə həsr edilmiş möhtəşəm konsert proqramı keçiriləcək.

Yasamal Rayon Parkında açıq havada keçiriləcək konsertin təşkilatçıları ANS Şirkətlər Qrupu və Yasamal İcra Hakimiyyətidir. Konsertdə Azərbaycanın populyar müğənniləri və musiqi qrupları çıxış edəcəklər. Konsert 28 mayda  axşam saat 19:00-da başlayacaq. 29 may tarixində axşam saat 19:00-da isə konsert ANS televiziyası vasitəsilə yayımlanacaq.

28 may 1918-ci ildə yaradılmış Şərqdə ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı üçün tarixi bir nailiyyətdir. Bu tarixi günün qeyd edilməsinə dəstək göstərməklə Bakcell şirkəti Azərbaycanın tarixi və mədəni dəyərlərinin qorunub saxlanmasına sədaqətini bir daha nümayiş etdirir.

Bakcell şirkəti bütün Azərbaycan xalqını və ANS CM-in dinləyicilərini bayram münasibətilə təbrik edir və 28 may tarixində keçirilən möhtəşəm konsert proqramına dəvət edir. Hər zaman Sizə “Daha Yaxın Olmağa” çalışan Bakcell bu gün də sizin öz ailəniz, yaxınlarınız və dostlarınızla bayram sevincini birgə paylaşmanızı arzu edir.

Bakcell və onun məhsul və xidmətləri barədə ətraflı məlumat əldə etmək üçün xahiş edirik, www.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri şirkət və onun xidmətləri barədə məlumat almaq üçün 055 000 05 55 nömrəsinə zəng edə bilərlər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir