Modern.az

Deputat Aqiyə Naxçıvanlı: “Xahiş edirəm, Oğuza ögey yox, doğma münasibət bəsləyin...”

Deputat Aqiyə Naxçıvanlı: “Xahiş edirəm, Oğuza ögey yox, doğma münasibət bəsləyin...”

Parlament

27 May 2011, 18:37

Milli Məclisin bu günki iclasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən seçilən deputat Aqiyə Naxçıvanlı seçildiyi bölgənin problemlərini qaldırıb.

Modern.az-ın məlumatına görə, deputat indiyə qədər seçiciləri ilə xeyli görüşlər keçirdiyini və büdcə dəyişikliyi məsələsinin onlar tərəfindən rəğbətlə qarşılandığını bildirib:
“Onlar bu dəyişikliyin həyatlarının yaxşılaşmasında da hiss edəcəklərini qeyd edirlər.

Ancaq mən hökümət nümayəndələrinin burda olmasından istifadə edib, bir-iki məsələni qaldırmaq istəyirəm. Hazırda deputat olduğum dairədə 3 məktəb, 11 uşaq baxçası, 10 idman zalı, 8 xəsətxanası var ki, onlar çox yararsız haldadır.

Dövlət Proqramında göstərilir ki, 2013-cü ilə qədər Oğuzda cəmi 10 belə müəssisə yeniləşdirilə bilər. Təxmini hesablamalarıma görə isə, belə təmirə ehtiyacı olan müəssisələrinin sayı 50-dir. Əgər 10-u təmir olunacaqsa, o zaman bu 40 müəssisəsinin taleyi necə olacaq? Oğuzdan olan seçicilər mənə deyirlər ki, Bakıda Oğuza çox ögey münasibət bəsləyirlər. Mən isə çox istəyirəm və hər birinizdən xahiş edirəm ki, Oğuza ögey yox, doğma münasibət bəsləyəsiniz”-deyə millət vəkili əlavə edib.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!