Modern.az

Sabahdan yağış yağacaq

Sabahdan yağış yağacaq

Ölkə

17 Noyabr 2009, 14:29

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 15-20 m/s olacaq, gündüz arabir 23-25 m/s-dək, yarımadanın bəzi yerlərində isə 28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz 10-12 dərəcə isti olacaq.
Noyabrın 19-da hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı, axşam yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, gecə arabir 23-25 m/s-dək güclənəcək, günün ikinci yarısında 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.
Noyabrın 20-də hava şəraitinin buludlu olacağı, noyabrın 19-dan 20-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 8-13 m/s olacaq, gündüz cənub-qərb küləyinin sürəti 9-14 m/s-dək, arabir 18-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabr 18-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 15-20 m/s-dək, ayrı-ayrı yerlərdə isə 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 4-6 dərəcə isti olacaq.
19-20 noyabr tarixlərində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağıntıların dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Noyabrın 20-də isə gündüz qərb rayonlarında yağış tədricən kəsiləcək.
Qərb küləyinin sürəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-13, noyabrın 20-də 15 dərəcəyədək isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 17-dən 21-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Temperaturlar ötən günlərə nisbətən tədricən 5-7 dərəcə aşağı enəcək. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu