Modern.az

Əhliman Əmiraslanov: “Həkimlərin maaşı artırılsın…”

Əhliman Əmiraslanov: “Həkimlərin maaşı artırılsın…”

Parlament

27 May 2011, 19:38

Tibb Universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov mayın 27-də Milli Məclisdə iki təkliflə çıxış edib.

Modern.az saytının məlumatına görə deputat qeyd edib ki, ölkədə ən az əmək haqqı alanlar müəlimlər və həkimlərdi:
“Mən hesab edirəm ki, həkimlər xüsusilə ölkədə ən az əmək haqqı alan insanlar sırasındadı. Buna görə də həkimlərin maaşlarının artırılmasına böyük ehtiyac var. Bundan əlavə, bir məsələni də qeyd etmək istəyirəm. Elmi dərəcələrə görə verilən pul Azərbaycanda  SSRİ dövründən qalmadır. 30 manat elmlər namizədinə, 50 manat elmlər doktoruna verilməsi arzuolunan rəqəm deyil. Qonşu ölkələrdə anoloji rəqəmlər 10 dəfə çoxdu”.

Millət vəkili məsələnin diqqətdə saxlanılmasını təklif edib.

Mail Ağaxanov   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar