Modern.az

Azərbaycan naşirləri Məşhədə gediblər

Azərbaycan naşirləri Məşhədə gediblər

Mədəni̇yyət

17 Noyabr 2009, 14:40

Noyabrın 19-dan 23-dək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun dəvəti ilə İran İslam Respublikasının Məşhəd şəhərində Çap və bağlama sənəti üzrə I Beynəlxalq sərgi keçiriləcək. Modern.az xəbər verir tədbirdə Azərbaycan Respublikası da təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölkəmizin bir sıra nəşriyyat və poliqrafiya müəssisələrinin nümayəndələri Məşhədə yollanıblar. Bunlar Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, mətbuat katibi İntiqam Hümbətov, “Ozan” nəşriyyatının direktoru Asif Rüstəmli, Kitabxana kollektorunun direktoru Xavər Murtuzayeva, “Kür-Araz” nəşrlər evinin baş direktoru Rəhilə Quliyeva, “Nağıl evi” nəşriyyatının direktoru Ələddin Əsədov, “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəyli, “Kitab Klubu”nun direktoru Elxan Rzayev, “Efendi” MMC-nin müdiri, “Mədəniyyət” kataloqunun baş redaktoru Leyla Əfəndiyeva, “Mütərcim” nəşriyyatının direktoru Telman Cəfərovdur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı