Modern.az

Saakaşvilinin düşməni olan Abxaziya başçısı Baqapş vəfat edib

Saakaşvilinin düşməni olan Abxaziya başçısı Baqapş vəfat edib

29 May 2011, 12:56

Abxaziyanın prezidenti Sergey Baqapş bu səhər Moskva klinikalarının birində vəfat edib. Modern.az “İnterfaks”-a istinadən bildirir ki, bu barədə tanınmamış “respublikanın” mühafizə xidmətinin rəhbəri Andrey Bobua bildirib. 21 mayda rus və fransız cərrahları onun sağ ciyərində əməliyyat aparıblar. Həkimlər əməliyyatın uğurlu keçdiyini demişdilər. Amma iki gün əvvəl Baqapşın vəziyyəti pisləşib və o süni nəfəs aparatına qoşulub. Həkimlər bu iki gün ərzində onu vəziyyətdən çıxara bilməyiblər.

Sergey Baqapşın 62 yaşı var idi. 2004-cü ildən tanınmamış “respublikanın” prezidenti idi. Gürcüstanın kəskin etirazına baxmayaraq 2008-ci ildə Rusiya onun rəhbərlik etdiyi Abxaziyanın müstəqilliyini tanıyıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir