Modern.az

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər? (VI yazı)

Milli Məclisin deputatları hansı elmi adlara malikdirlər? (VI yazı)

Parlament

29 May 2011, 13:34



Azərbaycanda hər il elmi dərəcə alanların sayının artdığını nəzərə alaraq deyə bilərik ki, indi bizdə elmi dərəcə almaq hər bir ali təhsilli üçün əlçatan olub. O cümlədən də Milli Məclisin deputatları üçün. Modern.az saytı Milli Məclisin deputatlarının hansı elmi adlara malik olduğunu araşdırır. 

Ötən həftələrdə parlamentin Mədəniyyət, Aqrar siyasət, Sosial siyasət, Regional məsələlər, Elm və təhsil komitələrinin üzvü olan deputatlardan kimlərin elmi ada malik olduğunu araşdırıb oxuculara məlumat vermişdik. 

Bu dəfə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvlərinin hansı elmi ada sahib olduqlarını öyrənməyə çalışdıq.

Qeyd edək ki, Hüquq siyasəti və dövlət quruculuğu  komitəsi üzvlərinin sayı 11 deputatdan ibarətdir. Burada adından göründüyü kimi, əsasən hüquqşunaslar birləşiblər. Komitənin sədri Əli Hüseynli, sədr müavini isə Rövşən Rzayevdir. Komitənin üzvləri Fəzail Ağamalı, Rafael Cəbrayılov, Sabir Hacıyev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Azay Quliyev, Ülvi Quliyev, Mübariz Qurbanlı və Madər Musayevdir.

Modern.az saytının araşdırması zamanı məlum olub ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 3 deputatın elmi adı var. Bunlar sədri və komitə üzvüdür.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Komitənin üzvu  Fəzail Ağamalı tarix elmlər doktoru, professordur.

Komitənin üzvlərindən elmi titula malik olan digər millət vəkili YAP-nın icraçı katibinin müavini Mübariz Qurbanlıdır. M.Qurbanlı tarix elmləri namizədi, dossentdir.

Komitənin sədr müavini Rövşən Rzayev və üzvlər Rafael Cəbrayılov, Sabir Hacıyev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Ülvi Quliyev, Azay Quliyev və Madər Musayevin heç bir elmi adı yoxdur.

Sırada digər komitənin üzvləridir...


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir