Modern.az

Moskvada keçirilən “mavilər”in paradında dava düşüb

Moskvada keçirilən “mavilər”in paradında dava düşüb

29 May 2011, 15:42


Moskvada homoseksual parad qalmaqalla nəticələnib. Aleksnadrovsk bağı ətrafında keçirilməsi nəzərdə tutulmuş “mavi”lərin aksiyası ciddi polis nəzarəti altında olsa da millətçi gənclər və digər vətəndaşlar aksiyaya müdaxilə edərək narazılıqlarını ifadə ediblər.
Modern.az-ın məlumatına görə, asiya başlamamışdan milis artıq seks-azlığın nümayəndələrindən ibarət iki qrupu saxlayıblar. Bununla da millətçilərin hucumunun qarşısını almağa cəhd ediblər. Çünki millətçi hərəkatların ora yığışan xeyli sayda nümayəndələri “Seks deyil, uşaq olan yerdə ailə olur” şüarı ilə “maviləri döyməyə çəhd ediblər. Milis onları da məntəqəyə aparıb.    

Qalmaqalın böyüməsi aksiyanı təşkil edənlərin planı dəyişməyə məcbur edib. Paradın təşkilatçısı Nikolay Alekseyev jurnalistlərə bildirib ki, gərgin vəziyyət üzündən onlar Aleksandrovk bağına getməkdən imtina ediblər.

Bundan sonra aksiya davam etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir