Modern.az

Deputat yol polisinin şefi Ramiz Zeynalova “ilişdi”: “Vəzifəsi sağlığına qismət, keyfi də pis deyil”

Deputat yol polisinin şefi Ramiz Zeynalova “ilişdi”: “Vəzifəsi sağlığına qismət, keyfi də pis deyil”

31 May 2011, 12:45


Milli Məclis “Yol hərəkəti haqqında” qanun layihəsinə təklif edilən dəyişiklikləri müzakirəsinə başlayıb. Modern.az parlamentdən bildirir ki, dəyişiklikləri Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli açıqlayıb. Bu dəyişikliyə görə, yol hərəkəti qaydalarını pozan sürücülər haqqında bütün məlumatlar internet saytda yerləşdiriləcək. Sürücülər bununla da onlara yazılmış cərimə balları və məblği ilə tanış ola bilərlər. Bundan başqa, yol polisi tərəfindən kəsilmiş cəriməni nəzərdə tutulmuş bir aydan tez, 3 gün ərzində ödəyən sürücülərə 10 faiz güzəşt ediləcək. Yəni cərimənin 10 faizi onlardan alınmayacaq.

Dəyişikliklər ciddi müzakirələrlə davam edir. Millət vəkilləri İqbal Ağazadə, Elmira Axundova və digərləri yol polisləri ilə bağlı bir sıra məqamları açıqlayıblar. Deputat Xanhüseyn Kazımlı isə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovu üstüörtülü şəkildə tənqid edib.
“O cavan oğlandır. Vəzifəyə təzə təyin edilib. Sağlığına qismət. Keyfi də pis deyil. Amma yollarda ya səriştəsizlikdən, ya da məsuliyyətsizlikdən xeyli problemlər var. Bu problemləri isə həll etmək lazımdır”-deyə millət vəkili vurğulayıb.

Müzakirələr davam edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?