Modern.az

Milli Məclisdən sürücülərə bəd xəbər: "Onlar 6 ay maşın sürə bilməyəcəklər"

Milli Məclisdən sürücülərə bəd xəbər: "Onlar 6 ay maşın sürə bilməyəcəklər"

31 May 2011, 13:15

Milli Məclis bu gün “Yol hərəkəti haqqında” qanuna yeni bir dəyişiklik edib. Modern.az parlamentin iclasından xəbər verir ki, deputatlar qanuna sürüclərlə bağlı daha bir dəyişiklik əlavə ediblər. Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli yeni dəyişiklik barədə deputatları məlumatlandırıb.
Komitə sədrinin sözlərinə görə, yol hərəkətinin pozduğuna görə yol polisi tərəfindən cərimələnmiş sürücü 3 ay müddətində pulu ödəməsə, sürücülük hüququndan altı aylığa məhrum ediləcək. Deputat vurğulayıb ki, bu dəyişiklik cərimənin ödənilməsi sahəsində müşahidə olunan problemləri aradan qaldırmağa kömək edəcək.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?